Qonaq Kitabı

Adınız:
Soyadınız:
Əlaqə nömrəsi:
E-mail ünvanınız:
Poçt ünvanını düzgün daxil edin.
İsmarıcınız:
Təhlükəsizlik şifrəsi
Şəkildəki şifrəni daxil edin:
 
İstifadəçi:
melissa kilinc 2013-03-01 05:18:25
Ismarıc:
salam men azerbaycanliyam sizin diskadekaniz harada ve ne vaxt olacaq?
Cavab:
Diskotekamız fevralın 2-də oldu.  Təəssüf ki bizim fəallardan olmadığınız üçün sizi dəvət edə bilmədik. Bizimlə ünsiyyət qurun ki tədbirlərimizə dəvət edə bilək. Müsabiqələrdə iştirak etməyiniz və yaxud da abunəçi olmağınız kifayətdir. İnşallah başqa tədbirlərdə görüşərik. 
İstifadəçi:
Melissa Kilinc 2013-03-01 05:13:52
Ismarıc:
salam men sizin jurnaliniz cox gozeldir.men sizin bu eziyyetinize tesekkurumu bildirirem.men sizin 18 nomreli jurnalinizdaki 30 cu sehifesindeki inanclarda buraxilmis sozleri sandiqdan tapib yazdim. onu nece redaksaya gonderim
Cavab:
Salam. Jurnalımızın 18 sayına lap çox əziyyət çəkmişik. Ona qiymət verməyiniz əziyyətimizi unutdurur. Cavabları konvertə qoyub ünvanımıza göndərin. Başqa cür itib batır. Ünvanımız jurnalda var. Sağ olun.  
İstifadəçi:
Ayisə Yigit 2013-02-28 09:48:03
Ismarıc:
salam nagillariniz cox gozeldir esasda Ilham ve Ferizenen nagilindan xosum geldi
Cavab:
Salam Ayişə! Nağılımı bəyəndiyinə və fikrini yazdığına görə təşəkkür edirəm. Yaşını yaz ki bilim hansı nağılı oxumağını tövsiyə edim. 
İstifadəçi:
zohre memmedli 2013-02-26 05:33:09
Ismarıc:
Çoxxx gözəldir.
Cavab:
Nə gözəldir? Kimsən, özünü təqdim elə. Deyəsən bu gün getdiyimiz məktəbin şagirdisən?  Elə isə bildirim ki mən sinif uşaqlarınızı çox xoşladım! Öpdüm hamınızı. Sizinlə görüşü məmnuniyyətlə gözləyirəm!  
İstifadəçi:
Roya Pasayeva 2013-02-19 10:57:20
Ismarıc:
salam
Cavab:
Axşamınız xeyir, bu düz oldu. Poçtum bağlanıb, zəhmət olmasa şəkli "[email protected]" poçt ünvanıma göndər, gəlməsə, "gulzaribrahı[email protected]"  poçtuna göndərin. 
İstifadəçi:
seva memmedova 2013-02-18 03:43:46
Ismarıc:
Salam.Bizim sinif sizin Novruz senliyinize gelmek isteyir.Diskotekaya yox.tedbirin vaxtini mene deye bilersinizmi?
Cavab:
hələ vaxtı dəqiqləşdirməmişik.  15-21 arası olar. Yəqin ki ilaxır çərşənbə günü planlaşdırarıq.
İstifadəçi:
nadir nadirov 2013-02-15 11:40:35
Ismarıc:
hecne
Cavab:
heçne, yəni nə?
İstifadəçi:
seva memmedova 2013-02-15 10:48:23
Ismarıc:
yeni anadan olan qardasim xestexanadan 3 gune cixacaq.mence kicik qardas bacisi olmaq boyuk mesuliyyetdir.Sizin mart tedbiriniz haçandır?
Cavab:
salam seva. Mart tedbirinden əvvəl diskotekamız bu yaxınlarda olacaq.  
İstifadəçi:
xeyransa ceferzade 2013-02-15 00:01:36
Ismarıc:
salam.necəsiz?mən hədiyyəni nə vaxt və haradan götürə bilərəm? :))))))))))))
Cavab:
redaksiyaya gəlin jurnalda ünvanımız və əlaqə telefonlarımız var.  
İstifadəçi:
calal mammadli 2013-02-14 13:29:41
Ismarıc:
salam.Taki yaxsi olasiniz.Man novruz bayrami tadbiri ila bagli millgeyimda sakil gondarmak istayiram. sakil fase book saifamdadir bunu neca gondarim. MANA KOMAK EDIN.
Cavab:
salam.  poçt ünvanım donub. bir - iki günə yəqin bərpa olar, təkrar əlaqə saxlayın, deyərəm. . 
İstifadəçi:
xeyransa ceferzade 2013-02-12 09:28:00
Ismarıc:
salam.necəsiz?deyə bilərsiz hədiyyə nə olacaq?mən hədiyyəni haradan götürə bilərəm?bu arada hər şeyə görə çox sağolun. :)
Cavab:
salam Xeyransa! Hədiyyə nə olacaq, əvvəldən demək olmaz! Təki hədiyyə olsun!
İstifadəçi:
murad suleymanov 2013-02-11 02:48:50
Ismarıc:
men sizin qeydiyyatdan kecmek isteyirem... Komek ede bilersiniz
Cavab:
Əlbəttə. Zəng elə 012 408 17 51 jurnala yazıl. Bu asandır. Ayda bir dəfə jurnalı evinizə gətirirlər, 3 manat verirsən. Jurnaldakı müsabiqələrdə iştirak edirsən. 
İstifadəçi:
roya pasayeva 2013-02-11 00:56:29
Ismarıc:
salam Gulzar nene necesiz. men size sekil gondere bilmirem.Nece gonderim.saqolun
Cavab:
poçtuma göndər ([email protected]) onda gələcək
İstifadəçi:
seva memmedova 2013-02-09 00:46:27
Ismarıc:
axı utanıram zəng etməyə...mütləq gələcəyəm.Həm də milli paltarım var idi.amma indi bilmirəm hara qoymuşam.həm də deyimlər duyumlar müsabiqəsinə eyni milli paltarda həm bacımın,həm də özümün şəklini göndərmək istəyirəm.Olar???sizə bir şad xəbər deyim?təzə qardaşım olub.bapbalacadır.xəstəxanadan anam çıxanda sizə qardaşımın şəklini göndərəcəyəm.elə şirindir ki...
Cavab:
Sağ ol, şad xəbərə görə! Təbrik edirəm! Sevincinə şərik oluram. Sehrli Dünyanın bir üzvü də qrtdı. Jurnallarımızı təzə saxla, o da oxuyar. Milli paltarda şəkilərinizi müxtəlif pozalarda göndərin. Kimin üzünün ifadəsi mənalı oldu, şəkli yaxşı düşdü onu da jurnala qoyacağıq.  
İstifadəçi:
xeyransa ceferzade 2013-02-08 11:15:00
Ismarıc:
salam.necəsiniz? 17 nömrəli musabiqəyə cavab verenə hədiyyə veriləcəyi yazılmışdı.bu doğrudur?
Cavab:
Əziz Xeyransa! Bizdə yalan olmaz! Deyilibsə veriləcək! 
İstifadəçi:
seva memmedova 2013-02-06 03:24:51
Ismarıc:
salam gulzar nene.necesiniz?men ve bizim sinifimiz sinif rehberimizle sizin novruz bayrami tedbirinize gelmek isteyirik.men sizin fevral sayinizi aldim,amma ustunde hediyye yox idi.lap birinci sayinizi da aldim.uzerinde su perisinin seir-nagili var idi.men deyimler duyumlar musabiqesine seklimi gondereceyem.sizin tedbirinize abune olmayanlar gelmir ki?muellimem maraqlanmagimi xahis etdi.Xahis edirem cavab yazin
Cavab:
Salam Seva! Biz jurnala hədiyyə qoyuruq. Hədiyyəsiz jurnalı qəbul eləmə. Kim sənə jurnal gətirirsə, de ki, götürmürəm, get, hədiyyəni oğurlamısan, gətir. Qorxma, çəkinmə, elə belə də de. Utandır onu. Zəng elə onun rəhbərinə şikayət elə. Bu yaşından mübariz ol. Yoxsa mən yaşda hamı başına çıxacaq. Necə ki məni aldadırlar. Uşaqları sevindirmək istəyirəm. Cibimin pulu ilə onlara hədiyyə alıram, oğurlayırlar. 012 437 28 10 Yayım şirkəti rəhbərinin adı Hüseyn müəllimdir. Ona deməsən gələn dəfə də hədiyyəni oğurlayacaqlar. Müəllimənə xəbər elə ki gəlsinlər. Amma çalışın novruz bayramı olduğuna görə milli paltarlarda olasınız. Mümkün qədər. Qabaqcadan neçə nəfər olacaqsınız mənə xəbər edin. Ondan qabaq diskotekamız olacaq. Ora gəlməyi unutma.  
İstifadəçi:
xeyransa ceferzade 2013-02-05 13:32:04
Ismarıc:
salam.mən sizə 17 nömrəli jurnaldakı DEYİMLƏR,DUYUMLAR-5 müsabiqəsiylə bağlı deyim söyləmək istəyirəm.bu adəti əsasən gənclər yerinə yetirirmiş.onlar Hava qaraldıqdan sonra qohumların, tanışların qapılarına gedib əllərində saxladıqları qabı qaşıqla vurub səs salardılar. Ev sahibi səsi eşitcək qapıya çıxıb içəri uzadılan qaba pay qoyur. Pay üçün şirni, quru meyvə, bəzək şeyləri və s. qoyulurdu. Pay toplayan nə özünü göstərir, nə də danışırdı. Əgər o, danışsaydı, pay verən bu hərəkəti pis adət sayardı.
Cavab:
Maraqlıdır. Çox sağ ol. Ola bilər jurnala qoyaq. 
İstifadəçi:
roya Pasayeva 2013-02-02 13:37:49
Ismarıc:
salam.Biz burada maraqlanib size deyerik. Cox saqolun.
Cavab:
Yaxşı!
İstifadəçi:
roya Pasayev 2013-02-01 12:31:19
Ismarıc:
salam .biz buradan maraqlanib size melumat verecik.Bilmek olar hediyyeler nedi.SAQOLUN.
Cavab:
Hər müsabiqənin öz hədiyyəsi var. Bütün müsabiqələrə cavab verən isə 1 böyük hədiyyə alır. Məsələn, radio, saat dəsti , 1 metrlik taxta ilan və sairə. 
İstifadəçi:
xeyransa ceferzade 2013-02-01 11:10:59
Ismarıc:
salam.me xeyransa size 17 nömrəli jurnaldakı DEYİMLƏR,DUYUMLAR-5 müsabiqəsiylə bağlı deyim söyləmək istəyirəm.NAXÇIVANDA torpaq çərşənbəsində hər bir ailədən onlara ən yaxın olan ailəyə pay göndərilir.bu payda şəkərbura, paxlava,qoğal,aş və s. yeməklər və paltar kimi əşyalar göndərilir
Cavab:
Gözəl adətdir. Bu nəinki Naxçıvanda, hər yerdə belədir. Bir başqasını bilirsənsə onu da yaz! 
İstifadəçi:
Əlirza Əliyev 2013-01-31 23:03:57
Ismarıc:
kitab oxumaği çox sevirəm
Cavab:
Kitab oxumağı sevənlər heç vaxt savadsız qalmaz! Savadlılar üçün isə hər yolda yaşıl işıq olur. 
İstifadəçi:
Roya pasayeva 2013-01-30 12:16:17
Ismarıc:
salam.Men Royanin valideyiniyem Royanin 5 yasi var.Saytinizda en cox renglemeni xoslayir.Gencede maraqlanmamisam goren sizin jurnaliniz varmi.Men size nece gonderim jurnala qoyasiz ve bize de gonderesiz.Xais edirem.Evvelceden tesekurler
Cavab:
Salam. Əgər siz Gəncədən abunə olsanız, gərək illik abunə olasınız ki jurnalı sizə göndərə bilək. İllik abunə 36 manatdır. Üstundəki hədiyyələrdən başqa abunə olana ayrıca hədiyyələr də göndəririk. Abunə lana qədər isə Gəncə mərkəzi kitabxanasında bizim hər aykı jurnalımız olur. Alıb oxuya bilər, müsabiqələrə də qoşula bilərsiz.  
İstifadəçi:
roya pasayeva 2013-01-30 12:09:09
Ismarıc:
salam
Cavab:
Salam Röya! Necəsən? Sənə və sənin kimi qəşəng balalara təzə nağıllar yazmışam. Jurnalın bu aykı - fevral  nömrəsindən oxuyub fikrini bizə deyərsən. Xoşun gəldi, yoxsa yox...
İstifadəçi:
roya pasayeva 2013-01-28 01:31:26
Ismarıc:
salam
Cavab:
salam Röya necesen? Gərək ki sən Gəncədən zəng edirsən? Sehrli Dünya jurnalı ilə maraqlansan, Gəncənin mərkəzi kitabxanasına göndəririk. 
İstifadəçi:
seva memmedova 2013-01-26 07:50:48
Ismarıc:
salam nenecan necesiniz?men moskvaya getmisdim deye nomrem islemirdi acanda sizin zeng elediyinizi gordum.bir de ki yeni il senliyinin fotolari yanvar sayindadir yoxsa fevral sayinda?
Cavab:
Salam! Xoş gəldin! Fevral ayında, o da bu gün çıxdı. Orda sən xüsusisən! Öpürəm! Jurnal evinizə gəlmirsə, de gətirsinlər 012 408 17 51  
İstifadəçi:
aysel rehimova 2013-01-26 02:59:21
Ismarıc:
salam gulzar nene zehmet olmasa yeni senlikler olanda mene xeber verin
Cavab:
Yaxşı. Özümdə qeydiyyat apardım. Diskoteka olanda deyərəm. Fevralın 7 nə qədər məndən səs çıxmasa özün maraqlan. 012 440 77 63 
İstifadəçi:
aylin teqevi 2013-01-23 07:37:12
Ismarıc:
salam guulzar nene necesizzz???
Cavab:
Sağ ol Aylin! Yaxşı olasan. Sən necəsən? Jurnalımızı oxuyursan? Sonuncu dəfə hansı nömrəni oxumusan? Xoşuna gələn nədir?Bu sayımız daha maraqlı olacaq. İzlə. Ayın axırı çıxacaq. 
İstifadəçi:
Azer Qurbanov 2013-01-19 10:22:57
Ismarıc:
Salam Gulzar nene.Bugun men Genc Tamasacilar Teatrina sizin hediyye etdiyiniz biletle getdim.Ora cox maraqli idi.Size cox minnetdaram
Cavab:
Nə yaxşı... Şadam ki xoşuna gəldi. Olanda yenə xəbər eləyərəm. 
İstifadəçi:
Mensume Tehmezli 2013-01-18 05:06:31
Ismarıc:
Salam Gulzar nene.Necesiniz?tedbirimiz maragli kecdi.Fokuslar xosuma geldi./
Cavab:
Sağ ol, əzizim. Bacın da, sən də mənim çiçək balalarımsınız. Hər ikiniz təmiz, ətirli çiçək qoxuyursunuz. Öpürəm! 
İstifadəçi:
Terane Tehmezli 2013-01-18 04:55:12
Ismarıc:
Salam.Illik abune yazilmag isteyirem.Gecikmisem?
Cavab:
Gecikməmisən. Ünvanını yaz, jurnalı evinizə göndərək. Birdən unutsam 2 günə sənə zəng edib cavab deməsəm, özün işə zəng elə. 012 440 77 63 
İstifadəçi:
aynur orucova 2013-01-16 11:44:10
Ismarıc:
SALAM,GULZAR NENE.NECESIZ?MEN SIZIN UNVANINIZI TEZE OYRENMISHEM.AMMA BUNA BAXMAYARAQ ARTIQ USHAQLARIM BURDAN COX BILIKLENIBLER.SIZE UZUN OMUR ARZULAYIRIQ.COX SAG OLUN
Cavab:
Xoş sözlərə görə təşəkkür edirəm. Gecəyə qədər əziyyət çəkmişəm, jurnalı çapa göndərmişəm. Sizin belə gözəl sözləriniz mənim yorğunluğumu çıxartdı. Sağ olun. Yaxşı ki sizin kimi əziyyətə dəyər verən insanlar var! Yaxşı ki yaxşılar var. 
İstifadəçi:
Terane Tehmezli 2013-01-14 23:19:50
Ismarıc:
Salam. Sizin nomrenizi edebiyyat muallimeme vere bilerem?
Cavab:
050 512 92 05 və ya 440 77 63  verə bilərsən, canım!
İstifadəçi:
Terane Tehmezli 2013-01-14 23:11:23
Ismarıc:
Necesiniz?Men Sehrli dunyaya illik abune olmag isteyirem.bilmirem gecikmisem?Indi abune olsam yanvar nomresini ala bilerem?
Cavab:
Salam Təranə! Necəsən? Evdə məndən hamıya salam deyərsən. Əlbəttə abunə olmaq həmişə mümkündür. 1 gün 012 440 77 63 zəng elə səni abunə yazaq.  
İstifadəçi:
gulsen ceferova 2013-01-12 11:48:03
Ismarıc:
salam.jurnaliniz cox gozeldir.uzun omurlu olsun.usaqlarimin sekillerini nece gondere bilerem?buranin istirakcisi nece olmaq olar?
Cavab:
Gözəl günlər nəsibiniz olsun. "[email protected]" poçta nə istəsəniz göndərə bilərsiniz. Nümunə üçün şəkil göndərin, amma nəzərə alın ki, keyfiyyətli olsun deyə, biz özümüz şəklini çəkib jurnala qoyacağıq. Harda məsləhət olsa. İstəsəniz jurnalı evinizə göndərtdirə bilərik, ödənişi ayda 3 manat qəbzlə ödəyə bilərsiniz. 
İstifadəçi:
seva memmedova 2013-01-09 08:27:54
Ismarıc:
salam gulzar nene.necesiniz?sizin tedbirinizi cox beyendim.Mukemmel idi.sizi cox seviremmmmmmm muc much
Cavab:
Mən də sənin  coxlarından fərqini, sərbəstliyini gözəlliyini hiss etdim və lap çox sevdim! Öpdüm! 
İstifadəçi:
resul eliyev 2013-01-07 05:10:02
Ismarıc:
salam.necesiniz?men sizin jurnalinizi cox xoslayiram.novbeti sayinizi sebirsizlikle gozleyirem saqolun
Cavab:
Salam. Sən hansı Rəsulsan? Mən səni tanıyıram? Növbəti sayımız çooox maraqlı olacaq Rəsul. Oxuyub fikrini yazarsan. Ümumiyyətlə nə xoşun gəlməsə, onu da yaz, xahiş edirəm . Jurnal  10 günə çıxar, inşallah! 
İstifadəçi:
seva memmedova 2013-01-05 08:47:31
Ismarıc:
Nənəcan çoooooooooooooox üzr istəyirəm.Sizin ad gününüzü təbrik etmək yadımdan çıxıb.. . .. . H ¡ ¡ ¡ A {{{{{{}}}}}} P {{{{{{}}}}}} P Y B İ R T H D A Y ! ! !. . .. . üzr istəyirəm* xahiş edirəm məni bağışlayınnnnnnnnnnnnnnn. . :(
Cavab:
Boş ver, mən belə şeylərə önəm vermirəm. Əsas odur ki, könül sındırmayasan. Mənim üçün ən gözəl gün bayramdır. 
İstifadəçi:
Sugra Ferecullayeva 2013-01-05 06:30:17
Ismarıc:
Salam.Menim oglumun 4 yashi var ve o sizin nagillari severek dinleyir size oz teshekurnu yetirir
Cavab:
Çox şadam. Sizin kimi dəyərli valideynlər məni yorulub həvəsdən düşməyə qoymur. Təşəkkür edirəm. Jurnalımızı tapmaqda çətinliyiniz olsa bizə xəbər edin. 
İstifadəçi:
seva memmedova 2013-01-05 01:11:02
Ismarıc:
nenecan.sizinle telefonla danisanda fikir verdim.Sesiniz cox gozeldir.O derece ki laylay deseniz yataram hahaha
Cavab:
Sən hər şeydə gözəllik görürsən, səndən yaxşı yazıçı olar. 1-2 il çoxlu uşaq hekayə nağılları oxu, sonra gəl sənə yazıçı olmağın yolunu öyrədim. Şeytan qızsan, azca da həyasızlığın var, ona görə də səndən yaxşı aktrisa, ya müğənni də la bilər. Ağıllısan, hakim də ola bilərsən. Küsəyənsən, səndən Tıq-tıq xanım da olar. Bir sözlə hər sahədə mükəmməlsən!  
İstifadəçi:
Huseyin Babayev 2013-01-04 16:35:12
Ismarıc:
Salam bayraminiz mubarek menim 4 yawim var Guluzar nenenin nagillarini severek dinleyirem size minetdaram anam elimden tutub size yazmiwam ve birde men nece edim ki jurnal eve gelsin
Cavab:
Telefonunu yazdım, abunə şirkətinə deyəcəyəm, jurnalı evinizə gətirəcək. Fevral nömrəsini fevralın 5 dək almasan, mənə zəng vur. 012 440 77 63   050 512 92 05 Gülzar nənə  
İstifadəçi:
Ferid Ismayilov 2013-01-03 08:56:21
Ismarıc:
MEN JURNAL9DAN BERI YIGIRAM
Cavab:
Niyə tələsirsən? Yazdığını oxu gör özün başa düşürsən? Mən heç nə anlamadım. 
İstifadəçi:
seva memmedova 2013-01-03 06:32:44
Ismarıc:
salam nenecan.necesiniz?sizden bir sey xahis edirem.muellimemiz bize anaya aid seir oyrenmeyi tapsirib.yanvar ayinin 5- ne qeder tapmaliyam.xahis edirem mene tapin da.bu arada sizden incidim axi yanvarin 1-i menim ad gunum idi.siz ise unutmusunuz.niye???
Cavab:
Məni yaxşı tanımadığına görə inciyirsən. Tanısan bilərsən ki, mən ad günlərinə biganəyəm. Bu gün sən sağ-salamatsansa, sevdiklərinlə bir yerdəsənsə, deməli sənin üçün gözəl bir gündür. Günəş səni isidirsə, həyat səni sevindirirsə, deməli xoş bir günündür. İldə bir dəfə yox, hər gününə sevin. Mənim sənn kimi dostum olduğuna sevinirəm, mən sənə gözəl bir gün yaşatdım, ona görə sevinirəm. Ad günlərinə isə o qədər də önəm vermirəm. Öpdüm səni. Həyatda həmişə yaxşını görməyə çalış. Pisi görən gözünü yum, onda həyat səni daha çox sevindirəcək! 
İstifadəçi:
seva memmedova 2013-01-02 01:50:21
Ismarıc:
nenecan.jurnali vermirem ki ya cirirlar ya da yazirlar.amma bir usul tapmisam.karandas verirem yazirlar sonra ise pozanla silirem.onlar yatan kimi size yaziram.yoxsa bezdirirler ki baci baci bize oyun qoy
Cavab:
lap yaxşı!
İstifadəçi:
AYTAC ISGENDEROVA 2013-01-01 07:48:42
Ismarıc:
mende sehrli dunyanin bir uzvu olmaq isteyirem.Hormetle Aytac.
Cavab:
Məmnuniyyətlə! Bizi oxu, müsabiqələrimizə qatıl, hər şənbə tədbirlərimizə gəl, bizimlə ol! Vəssəlam! Yayım şirkətinə zəng vur, jurnalı evinizə gətirsinlər. 012 408 17 51
İstifadəçi:
terane tehmezli 2012-12-31 06:31:00
Ismarıc:
salamYeni iliniz mubarek!
Cavab:
Salam Təranə! sənin də Yeni ilini təbrik edirəm! Sənə biri-birindən gözəl günlər arzu edurəm!
İstifadəçi:
seva memmedova 2012-12-30 02:30:05
Ismarıc:
SALAM ƏZIZ NƏNƏM.NECƏSINIZ?SIZI YENI IL MÜNASIBƏTILƏ TƏBRIK EDIRƏM.INŞALLAH,ÜZÜMÜZƏ GƏLƏN IL HAMIMIZ ÜÇÜN UĞURLU OLAR.NƏ QƏDƏR MÜDDƏTDIR KI,INTERNETIMIZ XARAB. OLMUŞDU.BACIM KOMPYUTERIN ÜSTÜNƏ ÇAY TÖKMÜŞDÜ.ISTƏDIM CƏZALANDIRIM QAÇDI NƏNƏMGILƏ.ƏSƏBLƏŞDIM.INANIRSINIZ QARDAŞIM YAZMAĞI YENICƏ ÖYRƏNIR DEYƏ BÜTÜN EVIN DIVARLARINI,ŞKAFLARIN ÜZÜNÜ,DƏFTƏR-KITABIMIN HAMISINA ANA,ATA,BABA VƏ S. YAZIB.BEZDIRIB BU UŞAQLAR MƏNI....NƏ ISƏ TƏKRAR *YENI ILINIZ MÜBARƏK*. BU ARADA XAHIŞ EDIRƏM MƏNƏ MƏSLƏHƏT VERIN.NEYLƏYIM BU UŞAQLARA KI,HEÇ BIR ƏŞYAMA ƏL VURMASINLAR?!
Cavab:
Sevin ki onlar yazmağı öyrənirlər. Bir də ona sevin ki, yaxşı ki sənin bacı-qardaşın var. Bunu yadına salsan səbrli olacaqsan. Tanrıdan onlara sağlam olmalarını arzu elə! Dərs oxumağa başlayanda hərəsinə bir dəftər , qələm ver, başları qarışsın. Ya da Sehrli Dünya jurnalını ver, şəkillərinə baxsınlar. De ki sənə mane olmasalar sonra onlar üçün oxuyacaqsan. Vəssəlam.
İstifadəçi:
Aylin teqevi 2012-12-29 10:09:42
Ismarıc:
salam gulzar nene.necasiniz?sasli nagillar cox gesengdi.
Cavab:
Salam Aylin! Xoş sözlərə görə çox sağ ol! Bir də de hansı nağıldan lap çox xoşun gəldi? De, bilim sənə hansı nağılları oxumağı, ya da eşitməyi məsləhət görüm.
İstifadəçi:
Pakiza Quliyevs 2012-12-28 11:57:44
Ismarıc:
Salam.Gulzarnene necesiniz?Gulzarnene men size tapmacalar gonderdim?
Cavab:
göndər maraqlısını
İstifadəçi:
Terane Tehmezli 2012-12-27 08:57:23
Ismarıc:
salam. devetiniz ucun tesekkur.Bilirem ki maragli olacag.bacim da tesekkur edir.
Cavab:
sağ ol!
İstifadəçi:
seva memmedova 2012-12-23 01:02:13
Ismarıc:
Bir uşaq məktəbdən evə gəlir. Evə çatanda atası ondan soruşur: bu gün dərsdə nə elədiz? Uşaq deyir Kimya dərsində partlayıcı maddə düzəltməyi öyrəndik. Atasi: yaxsi bəs sabah məktəbə gədəcəksən? Hansi məktəbə? Oglu anasindan soruwur: \"ana olar ozumu binadan atim?\" Anasi: \"Derslerini oxu sonra! Bir usaq rus dili dersinde qapini acir.. - Mellim Ceferi olaar? + Tolko ruskiy ! - Petrushka mojna ? Müəllim: Mamed, canlıları say. Mamed: İt, pişik, balıq Müəllim: Afərin, indi də cansızları say Mamed: Ölü it, ölü pişik, ölü balıq Mən artıq dərsə getməyəcəm. - Niyə mənim balam? - Rədd olsun məktəb, istəmirəm. Yenə gedəcəm biri başımdan vuracaq, biri məni məzxərəyə qoyacaq, biri də ki, yıxacaq. Hamı mənimlə məzələnir. İstəmirəm. Getməyəcəm. - Yox oğlum sən məktəbə getməlisən, - ana deyir. Birincisi, sən böyük oğlansan, 40 yaşın var artıq. İkincisidə ki sən o məktəbin direktorusan.
Cavab:
çoxu maraqlıdır, amma jurnalımızda onların çoxu çıxıb. 1-indən başqa, onu qoyarıq, çox sağ ol yenə göndər.