Ismarıc:
ah nenecan.derdim bununla bitseydi...en yaxin dostlarimdan birinin anasi olub.balaca qardasiyla ortada qalib.atasi ise haradadir bilinmir.qizin bundan hec xeberi yoxdur.demirler ki pis olar.anasi menim anamin dostu idi.hele cavan idi 30 yasinda...qizin adi Sonadir.yosa yosa yazan kimi men onu oxumaq istedim ve oxudum.bedbext dostum Sona yadima dusdu.bed xeberi bugun aldim.yaziq dostum gor ne hallara dusdu?!goz yaslarimi saxlaya bilmedim...eger sizi de aglatdimsa UZR ISTEYIREM
Cavab:
Ölənlərin yaxınlarına ona görə başsağlığı verirlər ki, onlar başını itirirlər. Öpürəm Sonanı, bağrıma basıram. Dərdinə şərik opluram. Ana itkisidirsə, yazıçı da olsam, söz tapa bilmirəm. Anaya aid yazdığım bir mənsur şeri sənə göndərirəm. Məni ağlatdın, mən də səni ağladım.
Qayıt, Ana, bir
anlığa qayıt!
Sirli-sehrli dünyanı gəzib,
ata ocağına qayıtdım, Ana! Bir vaxtlar isti nəfəsindən od alıb-yanan
ocağa. Küncə-bucağa göz gəzdirdim. Dedim, bəlkə o ocağın istisindən
bir əsər-əlamət qala. Vaxtilə qədrini bilmədiyim ana nəfəsini axtardım orada.
Qollarının arasına girmək, qabarlı
əllərindən öpmək istədim sənin. Qollarımın üstündə gəzdirmək istədim səni. Tapa
bilmədim. Sevginə sevgimlə cavab vermək istədim. O ülvi, o müqəddəs, o təmənnasız
məhəbbətinə.
Hər sözünə qulaq asmaq, hər
dərdinə şərik olmaq, hər kəlmənə, «Jan!» demək istədim. Amma çox gec oldu. Səni
heç yerdə görmədim.
Heyf, çox heyf ki o
sevginin qədrini gec bildim; özüm valideyn olandan sonra. Onda da artıq çox gec
idi. Sən çox-çox uzaqlardaydın. Sənə bənzər ana görəndə “Kaş mənim də anam sağ
olaydı”, - deyə fikirləşdim.
Bircə anlığa qayıdıb gələ
bilsəydin yanıma, onda görərdin, səninçün necə darıxmışam. Səni duz kimi
yalayardım, ayaqlarından öpərdim,
“Bağışla, qədrini bilməmişəm, Ana!” - deyərdim.
Oxşayardım səni, sən məni
oxşadığın kimi, öpərdim səni doya-doya, sən
məni öpdüyün kimi; mənim müqəddəs Anam.
Mənim Anam! Mənim şirin Anam! Heç nəyi özünə qıymayıb, hər şeyi bizə verən, əvəzində isə soyuqluq və kobudluqdan başqa bir şey görməyən Anam!
İndi mənim soyuq məhəbbətlər
əhatəsində sənin ülvi, əvəzsiz məhəbbətinə, isti nəfəsinə ehtiyacım var. Qayıt,
qayıt, bir anlığa həyatıma gəl. Gəl gör ki, sənin dizlərində doyunca yatmadığım
üçün necə peşman olmuşam. Üstümü örtəndə əllərindən tutub öpmədiyim üçün necə
peşman qalmışam. Gəl gör ki, Sən məni bağrına basanda, bağrından tez ayrıldığım
üçün necə peşmanam. Nə olar, Ana, bir anlığa qayıt!