Qonaq Kitabı

Adınız:
Soyadınız:
Əlaqə nömrəsi:
E-mail ünvanınız:
Poçt ünvanını düzgün daxil edin.
İsmarıcınız:
Təhlükəsizlik şifrəsi
Şəkildəki şifrəni daxil edin:
 
İstifadəçi:
Feride Agaxanli 2013-04-17 09:37:09
Ismarıc:
Salam.Men sizin Sehrli dünya jurnalinizi cox beyenir,onu cox hevesle oxuyuram.Teşekkürler:)
Cavab:
Salam Fəridə! Sizin Sehrli Dünyaya sevgi məktublarınız bizi sevindirir. Öpürəm bütün bizi sevənləri! 
İstifadəçi:
nurlan [email protected] 2013-04-17 04:27:46
Ismarıc:
salam
Cavab:
Salam Nurlan! Bəs salamdan sonranı da yaz. Sözünü ürəyində saxlama! Amma yazmasan da olar. Gör ürəyini düz oxudum? Ürəyində deyirsən: mən sizin jurnalı da, nağılları da çox sevirəm. Hətta Gülzar nənəni də. Düz dedim?  
İstifadəçi:
sabine Huseyinzade 2013-04-16 05:05:50
Ismarıc:
Salam necəsiniz? Gülzar nənə mən sizin nağıllarınızı çox sevirəm.
Cavab:
Salam, Səbinə! Əsas hansı nağıllar xoşuna gəlir, onu da yaz! 
İstifadəçi:
CEYHUN hesenov 2013-04-14 09:33:36
Ismarıc:
ceyhun hesenov
Cavab:
Salam Ceyhun. Adını yazmaqla nə bildirmək istəyirsən, xatırlat. 
İstifadəçi:
Nigar Nəcəfova 2013-04-13 07:56:46
Ismarıc:
Salam Gulzarnene
Cavab:
Salam, Nigar! Mənim qızımın da adı Nigardır, nə sözün olsa bizə yaz!  
İstifadəçi:
Ayisə Yigit 2013-04-11 11:25:44
Ismarıc:
tevelludum:2003 cu il
Cavab:
İyun ayının əvvəlində yadıma sal, şəklini də göndər, jurnalda sənin ad gününü təbrik edək
İstifadəçi:
Ayisə Yigit 2013-04-10 06:05:37
Ismarıc:
salam gulzar xanim cox sagolun qehreman haqqinda melumat yazdiginiz ucun biz onunla bagli bir tedbir kecirtmisik.bu youtube de var idi indi ise yoxdur.mence siz bir qehramanla eyni soyadini dasidiginiz ucun qururlanirsiniz.
Cavab:
Təşəkkür edirəm. Qəhrəmanın soyadığını daşıdığıma əlbəttə ki qürur duyuram!  
İstifadəçi:
eldar kerimov 2013-04-10 03:10:15
Ismarıc:
1-p 2-p 3-p 4-p 5-y 6-y 7-p 8-p 9-p 10-p 11-p 12-y 13-p 14-y 15-y 16-y 17-y
Cavab:
Cavablar düzdür, qaliblər sırasında adını görməsən, təzədən şəkil göndər, ([email protected] ) ünvana,  yadıma sal, qaliblər sırasına adını yazaq. 
İstifadəçi:
Zeyneb Allahverdiyeva 2013-04-08 05:51:52
Ismarıc:
Salam Gulzar nene. Cox sag olun cavab yazmisiz mene de.Men size cekdiyim sekli nece gondere bilerem, hem de oz seklimi?
Cavab:
Zeynəb! Məktubla göndər. Ünvanımız Jurnalda  yazılıb. Ya da internetlə "[email protected]"  Uğurlar
İstifadəçi:
kenan abdullayev 2013-04-07 04:54:59
Ismarıc:
gÜLZAR XANİM men sizi cox sevirem menim bacim seyyarede sizi cox isteyir va sizi gormek arzusundadir size isinizde ugurlar inshallah maliya probleminiz tezlikle hell olunar sagolun opürem haminizi
Cavab:
Kənan mən səni tanıyıram, sən bizim çoxdankı oxucumuzsan. Bacına da mənim sevgimi çatdır. İnşallah görüşərik. Kim görüşməyə tələsirsə, redaksiyaya gəlsin. Redaksiyamız doğrudan da Sehrli Dünyadır. Ora gələn mütləq sevinir. Demərəm niyə. Gəl get görəcəksən, şahid olacaqsan! ! 
İstifadəçi:
sekine abasova 2013-04-07 02:21:42
Ismarıc:
nene can sizi cox sevirem
Cavab:
Sağ ol! Arzu edirəm həmişə doğmaların , istəklilərin tərəfindən sevgi ilə əhatə olasan! Nə sözün olsa zəng elə 012 440 77 63 
İstifadəçi:
sekine abasova 2013-04-07 02:20:23
Ismarıc:
azerbaycan
Cavab:
can Azərbaycan! Bu paroldur, belə? 
İstifadəçi:
Ayisə Yigit 2013-04-06 11:23:49
Ismarıc:
salam xanim.siz mene ad gununuzun ne vaxt oldugunu deyin men de size deyirem:10 IYUL.
Cavab:
Mənim ad günüm sirr deyil! Çünki saytımda var. Gulzarnene.com saytı Tərcümeyi hal yerində yəni ilk səhifədə  Zəhmət çəkib özünüz baxın ki saytdakı maraqlı rubrikaların, səsli nağılların yerini biləsən. Ayişə, sən doğulduğun ili də yaz, yaşını bilim. 10 iyul ərəfəsində biz hər şənbə   Apşeron rayonu Görədil kəndi sərhəd qoşunlarının "SƏRHƏDÇİ" çimərliyində oluruq. Gələrsən sənin ad gününü də orda qeyd edərik!     
İstifadəçi:
aylin teqevi 2013-04-06 10:11:35
Ismarıc:
salammmmmmlarr gulzar neneyeee necesinizz men tezeyemm
Cavab:
Ay mübarəksən! Sən bizim "Sehrli Dünya"mıza xoş qədəm qoymusan. Nə arzulayırsansa de! Qızıl balığın sözü olmasın! 
İstifadəçi:
seva memmedova 2013-04-06 04:49:11
Ismarıc:
Salam Gülzar nənə.Mən Sehrli DÜnya jurnalının aprel sayını aldım.Cavablar-qarışıq yuxular müsabiqəsində 1)p 2)p 3)p 4)p 5)y 6)y 7)p 8)y 9)p 10)p 11)p 12)y 13)p 14)y 15)y 16)y 17)p Güvəş xala və Tarkan müsabiqəsində 6*50q yun*360 gün=108000 q=108 kq. yun yaxşı yuxu müsabiqəsində 1)pişik 2)siçan 3)ayı 4)tapa bilmədim acgöz əjdaha müsabiqəsində-9 sosiska 10 pitsa 7 çizburger 11 tort 7 kola 10 qarpız 9 pomidor 2 çiyələk alsaq dava düşməz və başların hərəsinə 1 sosiska 1 pitsa 1 çizburger 1 tort 1 kola 1 qarpız 1 pomidor 1 çiyələk düşəcək gəmi səyahəti müsabiqəsində---- 4-d 1-e 3-f 2-c 5-a 6-b hədiyyəmi haradan götürə bilərəm??? bir də sizdən bir xahişim olacaq:xahiş edirəm ki nömrə 10-da olduğu kimi mənim də diplomumu ilk səhifəyə qoyasınız.əgər qalib olsam,bu jestə çox sevinərəm.xahiş edirəm... bu arada SİZİ ÇOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOX SEVİRƏM!♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Cavab:
Cavablar qəbul edildi. yoxlamaq üçün redaksiya heyətinə verəcəyəm. Ümidvaram qalib olacaqsan. Qalib olanlarımıza Diplom veririk. Adın qaliblər sırasında olsa, Diplomunu istəsən redaksiyaya gəlməli olacaqsan. Uğurlar! O ki qaldı məni sevməyinə. Sevginlə öyünmə, mən səni səndən qabaq sevirəm. Yoxsa Sehrli Dünya yaranmazdı! Mən də səni sevirəm!  
İstifadəçi:
AYISE Yigit 2013-04-05 10:11:38
Ismarıc:
salam men size demisdimki men bir iki hefteye dovsan alacagam.men ele bildim.ancaq kederlenmedim.sorussaniz ne ucun?-deyeremki hele de men GULZAR IBRAHIMOVA ADLI GOZEL BIR YAZICINI ITIRMEDIM...............MEN SIZI COXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX SEVIREMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMMM EZIZ GULZAR XANIM
Cavab:
Sevgiine sevgimlə cavab yazıram Ayişə xanım! Öpürəm səni. İnanıram dostluğumuz həmişəlik olacaq. Heç vaxt özüm yaşdalarla dostluq eləməmişəm. Uşaq ikən cavanlar, cavan ikən 10 yaş məndən böyükllər dostum olub. İndi iki yaşla dostluq edirəm. Qocalar və uşaqlarla. Onlar daha etibarlı, daha səmimi, daha diqqətlidirlər. 
İstifadəçi:
Ayisə Yigit 2013-04-04 11:03:28
Ismarıc:
salam xanim.siz mene mubariz ibrahimov haqqinda melumat yaza bilersiniz?
Cavab:
Əlbəttə!  Bu mənim borcumdur. "Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Qəhrəmanlığı Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.  Biz onunla fəxr edirik. Biz Mübarizi heç vaxt unutmayacağıq. Elə ermənilər də Mübarizi heç vaxt unutmayacaq. Çünki o, düşmənin içinə girib 5 saatdan artıq yüzlərlə erməni hərbçisi ilə təkbaşına  döyüşmüşdü. Qaranlıq vaxtı ona bata bilmirdilər. Mübariz əsl qəhrəman kimi döyüşüb və yalnız hava işıqlananda Mübarizi snayperlə vurmuşdular. Ermənilər hətta onun ölüsündən də qorxurdular. Buna görə də əllərini bağlamışdılar” O ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı" adını alır. Son məktubu "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin". Türk oğlu, azər oğlu."İgidlikdə, cəsarətdə sənin tək,Gərək olmur öz xalqına hər oğlu.Bu gün millət sənin ilə öyünür,Ey vətənin, ey yurdunun nər oğlu.Qisas üçün öz əhdində dayandın,Bir örnəkdi hər bir kəsə bu andın.Ölümünlə ölməzliyi qazandın,Yaşa sən ey türk oğlu, azər oğlu.Görməmişdi yağı belə tamaşa,Döyüş etdin düşmən ilə başbaşa.Hələ yenə səsləyəcək savaşa,Vətən sən tək neçə-neçə ər oğlu.Vətən adlı bir zirvədə qarsan sən,Milyon qəlbə doğmasan sən, yarsan sən.Nə qədər ki, bu dünya var varsan sən,Unudarmı millət hünərvər oğlu.Yol açmısan zəfərlərə çatmağa,Qarabağa bayrağımı saçmağa.Qoymayacaq qanınızı batmağa,Baş komandan ər İlham, Heydər oğlu.6 noyabr 2010-cu il.Aqşin Hacızadə
İstifadəçi:
Aska Ələkbərova ƏLƏKBƏROVA 2013-04-03 08:31:37
Ismarıc:
Salam nənəcan.Necəsiniz?Bağışlayın bu aralar sizinlə danışa bilmədim.Məktəblərdə dərslər artmışdı.Söz vermişdimki müəlliməm üçün kitab çap edəcəm amma olmadı flaşkartım xarab oldu.Buna görədə bir saytda səhifə açdım.Sizdə girsəniz çox şad olaram.Baxın görün gələcəkdə sizin kimi yazıçı ola bilərəm?
Cavab:
İnşallah olarsan. Bir vaxt tap yanıma gəl, sənə məsləhətlər verim, yollarını sənə öyrədim, ol yazıçı. Əsas odur ki, nə istəyirsənsə ona can atasan. Sənə uğurlar! Saytın adını yazmağı unutmusan deyəsən. 
İstifadəçi:
israfil mesteliyev 2013-04-01 11:53:07
Ismarıc:
riyaziyyat
Cavab:
Yəni nə?
İstifadəçi:
AYISE Yigit 2013-04-01 11:22:09
Ismarıc:
salam eziz xanim.men size bir letife yaziram zehmet olmasa bunu sayta qoyun. men senin gunune aglayiram.behlul danende qardasi harun er residi gormek ucun saraya gedir.harun er resid de kim olsa yaxsidir?-dovrun sultani.baxir ki,taxt bombosdu,sarayda da kimse yox,gedib oturur taxtda,ayaginida atir ayaginin ustune.bu zaman xidmetciler gelib orurler ki,sultanin taxtinda yad bir adam oturub. onu yerinden qaldirib yaxsica doyurler.qardasini gormeye geldiyi halda o ki var doyulen behlul danende honkkur-honkur aglamamga baslayir.bub zaman harun er resid gelir,qardasinin agladigini gorur onu kiritmek isteyir.behlul da qardasina bele deyir: -men doyulduyume gore aglamiram,senin gunune aglayiram.bu taxtda birce hovur oturdugum ucun meni bu koke saldilarsen nece illerdirki bu taxtda oturursan,gor indi seni ne koke salacaqlar?!
Cavab:
Çox gülməlidir təşəkkür edirəm. Amma bu iki ayda çap eləyə bilməyəcəyik. Artıq iki ayın lətifə səhifəsi hazırdır. Qaldı o biri saylara.
İstifadəçi:
seva memmedova 2013-04-01 10:50:29
Ismarıc:
NƏNƏCAN;SİZİ ÇOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOX SEVİRƏM♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Cavab:
Mən dəəəəəəəəəəəəəəə!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
İstifadəçi:
Ayisə Yigit 2013-04-01 02:37:48
Ismarıc:
salam bes siz dovsanin saxlanama qaydasini bilirsiniz...
Cavab:
Adi qaydadır. Kök, kələm, turp, bir az çörək qırıntısı və su. Gündə üç dəfə. 
İstifadəçi:
Ayisə Yigit 2013-03-31 08:33:52
Ismarıc:
xanim men isterdimki siz men senin gunune aglayiram nagilini qoyasiniz.birde oz adinizin menasini yazasiniz sizin tevellundunuze baxaraq hesabladimki sizin 55 yasiniz var dogurdanmi.
Cavab:
Yaşım doğrudur. Təəssüflənmirəm. Çünki bu yaşda sizin kimi dostlarım var. Öz Sehrli Dünyam var. Dediyin isə nağıl deyil ki.. Lətifədir. Bu yaxınlarda söz vermirəm, yaxın aylarda qoyarıq. 
İstifadəçi:
kenan abdullayev 2013-03-31 03:25:07
Ismarıc:
gülzar nene salam men oyrenmek isteyiremki sabah badam restoraninda diskoteka olacaq.
Cavab:
Jur4nalpımızın maliyyə problemi var, inşallah, qurtaran kimi olacaq. Amma bu yaxınlarda yox. 
İstifadəçi:
Ayisə Yigit 2013-03-30 09:15:49
Ismarıc:
salam gulzar xanim.men size bir nece mesaj gonderdim niye oxumadiniz?bes sizin sehrli dunya verlisiniz saat necede ve necenci gun verir?
Cavab:
Bizim Sehrli Dünya verlişimiz Speys radiosunda gedirdi. İndi hələlik bağlamışıq. Jurnala başımız qarışıb ona görə. İnşallah televiziya versiyası və radio versiyası açılacaq. 
İstifadəçi:
Ayisə Yigit 2013-03-29 09:09:41
Ismarıc:
SALAM NECESINIZ?MENIM MEKTEBDE BIR SINIF YOLDASIM VAR ODA SIZIN NAGILLARINIZI MENI KIMI SEVIR.ANCAQ ONUN INTERNETI OLMADIGI UCUN SIZLE ELAQE SAXLAYA BILMIR ONUN DA ADI AYDINOVA NILUFERDIR SIZ BIZIM SINIFE GELMISDINIZ 280 N LI MEKTEB MEN SIZIN JURNALINIZA YAXINDA ABUNE OLACAGAM SIZDEN BIR XAHIS EDIREMKI DOVSANIN SAXLANMA QAYDASINI SAYTA QOYASINIZ CUNKI MEN 1 VE YAXUD 2 HEFTEYE DOVSAN ALACAGAM
Cavab:
Alma dovşan. Onlar çox şirin olur. Özlərini istədə bilirlər.  Adam onlara məhəbbət salır. Sonra onlara bir şey olanda adam "stres" keçirir. Hətta ağlayır da... Başıma gəlib. Rəfiqənə məndən salam de. Bu yaxınlarda təzə kitabım çıxacaq xəbərini ona da de. Nə haqda nağıl istəsəniz deyin, çalışaram yazım. 
İstifadəçi:
zeyneb Allahverdiyeva 2013-03-29 06:15:48
Ismarıc:
Salam Gulzar nene.Men sizin balaca nevenizem. Sizin jurnalda da qonaq olmusam.Size qardasimla oz seklimi gondermek isteyirem.Bizi jurnaliniza qonaq edersiz?Sag olun,opurem sizi.
Cavab:
Şəklinizi jurnalda görmək istəyirsinizsə, müsabiqələrdə, heç olmasa rəsm müsabiqəsində iştirak edin. 
İstifadəçi:
Zeyneb Allahverdiyeva 2013-03-28 00:35:59
Ismarıc:
Salam Gulzar nene. Men sizin daimi oxucunuz Zeynebem. Jurnala abune olmamisam, amma her ay alib oxuyuram. Size qardasimla oz seklimi gondersem jurnalda yerlesdire bilersiz? Menim bundan evvel de seklim olub jurnalinizda, hem de sizin 2 reklaminizda olmusam.Opurem sizi, sag olun.
Cavab:
Heç bir problem yoxdur. Amma imkan olsa abunə olun. Küçədən almaqla, yayım şirkətindən abunə olmağın ikimizə də xeyri var. Həm sən jurnal axtarmırsan, həm də mən qabaqcadan planlaşdırıram ki, nə qədər jurnal çap eləsəm, mənə ziyan çox olmaz. 
İstifadəçi:
Ayisə Yigit 2013-03-27 10:11:18
Ismarıc:
men yayim sirketinin ne oldugunu bilmirem bu cumlenin menasini mene izah edin hansi yayin sirketinden abune olmusan siz bu suali mene vermisdiniz zehmet olmasa menasini mene deyin menim anamin adida sizin adinizdir/...
Cavab:
Biz jurnalı veririk yayım şirkəti satsın. Axı biz jurnal satışı ilə məşğul ola bilmirik. Onlar jurnalı evinizə gətirirlər. Pulsuz. Gətirilmə pulunu isə biz ödəyirik. İstəsəniz illik də ödəyə bilərsiz. Redaksiyanın hesabına. Jurnalda hesab nömrəsi var. İstəmirsiniz illik ödəmək, onda ayda bir dəfə jurnalı alanda ödəyin. Ya da ünvanı bizə deyin, jurnalı evinizə göndərək. İstəsəniz özünüz zəng edin. Yayımın nömrəsi 012 564 48 96, bizim nömrə isə 012 440 77 63
İstifadəçi:
Ayisə YIGIT 2013-03-26 10:51:31
Ismarıc:
salam sizden bir xahis ede bilerem siz bu sayta HUSEYN ARIFIN LETIFELERINI QOYABİLERSİNİZ
Cavab:
Qoyaram. Amma bu günlərdə vaxtım olan kimi qoyaram. 
İstifadəçi:
seva memmedova 2013-03-26 09:21:49
Ismarıc:
Salam Gülzar nənə.Necəsiniz?Mən yaxşıyam.Sizin \"Bir zalım şah vardı\" əsəriiz məndə maraq doğurur.Bu kitabınızı haradan əldə edə bilərəm?
Cavab:
Salam Seva! Necesen?  Dediyin kitabı 28 mayda olan kitab mağazalarından tapa bilərsən.   
İstifadəçi:
aytac rustemli 2013-03-19 08:15:34
Ismarıc:
sekil cehmek yeri
Cavab:
Aytac istəyini bir az açıqla, başa düşək! 
İstifadəçi:
Aska Ələkbərova 2013-03-18 03:55:40
Ismarıc:
NƏNƏCAN MƏN QARDAŞIMA SİZİN ŞƏNLİKLƏRİNİZDƏN BİRİNƏ GƏLMƏK İSTƏYİRDİM.AMMA SEVA DEDİKİ ABUNƏ OLMAQ LAZIMDIR.MƏN NƏ ETNƏLİYƏM?BİRDƏ Kİ MƏN ABUNƏ OLSAM TƏKCƏ MƏN GƏLƏ BİLİRƏM YOXSA YANIMDA BAŞQALARINIDA GƏTİRƏ BİLƏRƏM?
Cavab:
Gətirə bilərsən. Jurnalın içərisində abunə blankı var, onu aparırsan poçta, ödəniş edirsən vəssalam. Onu edəndən sonra bizə mütləq məlumat ver ki, jurnalı evinizə göndərək.  
İstifadəçi:
Aska Ələkbərova 2013-03-18 03:51:46
Ismarıc:
ƏZİZ GÜLZAR NƏNƏ... NEÇƏ VAXTDIR Kİ SİZƏ MESAJ YAZIRAM.AMMA CAVAB GƏLMİR.HEÇ MESAJIMDA GÖRSƏNMİR.XAİŞ EDİRƏM MESAJLARIM SİZƏ GƏLİBSƏ CAVAB YAZIN.XAİŞ EDİRƏM..............
Cavab:
Gəlib Aska! nigaran qalma. Amma vaxtım yox idi, indi cavab yazıram. Başım qarışmışdı təzə nağıl yazmağa. Yazdım qoydum təzə 19 jurnala arxayınladım. İnşallah bundan belə vaxt taparam.  nağıl-şeirin adı belədir: Gülşən və Küpəgirən qarı
İstifadəçi:
ASKA ƏLƏKBƏROVA 2013-03-15 09:57:42
Ismarıc:
Salam Gülzar nənə.Necəsiniz?Gülzar nənə mənim məktublarıma nə üçün cavab vermirsiniz?Seva demişdiki e-poçtanızı oğurlayıblar doğrudur?Yaxşı sağ olun Gülzar nənə.Cavabınızı səbirsizliklə gözləyəcəm.
Cavab:
Salam Aska! Seva düz deyir. Poçtuma girib, parolumu dəyişib poçtumu oğurlayıəblar. Mən də məcbur qaldım, poçt ünvanımı təzələdim. indi oldu (gulzar.ibrahimova@rambler/ru) Məktuba gec cavab yazanda inciməyin. Vaxt sarıdan kasıbam. 
İstifadəçi:
nicat huseyinov 2013-03-14 08:17:14
Ismarıc:
salam sizin kitablarinizi cox xosdayiram
Cavab:
Salam Nicat! Şad oldum. yazdıqlarımı oxuyub xoşladığına görə. Sənin kimi oxucular məni təzə nağıllar yazmağa həvəsləndirir. Bu yaxınlarda yeni kitablarım çıxacaq.  
İstifadəçi:
AYLA Eliyeva 2013-03-14 05:14:32
Ismarıc:
Salam Gulzar nene.Men her ay sizin jurnalinizi oxuyuram ve sizden bir xahisim var ki,siz her ay yeni yemekler bisirilmesini oyredesiz
Cavab:
Əlbəttə! Sənin xətrinə bunu da edərik. Əvvəla mənə yaz görüm pitsalar resepti vermişdik, xoşuna gəldi?
İstifadəçi:
Terane Tehmezli 2013-03-13 22:38:47
Ismarıc:
Salam.Necesiniz?Garsidan gelen Novruz bayraminiz mubarek.Heyatiniz bahar cicekleri geder gozel olsun.Meni ve bacimi bayram tedbirine devet edeceksiz?
Cavab:
Sənsiz və bacınsız heç bayram tədbiri mümkündürmü? Siz bizi , biz də sizi sevirik!
İstifadəçi:
Ayisə Yigit 2013-03-10 08:05:09
Ismarıc:
sayt temirdedir?
Cavab:
Sayt təzələnirdi, düzəldi. 
İstifadəçi:
Ayisə Yigit 2013-03-09 10:21:22
Ismarıc:
salam,novruz diskotekanizin vaxtini mene diye bileersiniz?
Cavab:
Sənə növbəti tədbirdə deyəcəyik. Bizimlə əlaqə saxla. Jurnalmıza mütləq abunə ol. 
İstifadəçi:
Şamxal Məmmədli 2013-03-09 08:51:47
Ismarıc:
Əziz Sehrli dunya! Mən sizin hər sayinızı alıb oxuyuram, hətta rəsm də çəkib göndərmişəm.Rəsmimi 18-ci sayınızda görüb çox sevindim. çox təşəkkür edirəm.Mən Sumqayıt şəhər İstedad liseyinin 1a sinif şagirdiyəm.Sizi məktəbimizdə görmək istəyirəm və sizi sinifimizə dəvət edirəm.
Cavab:
Əziz Şamxal! İnşallah bir gün mütləq görüşərik. Mən sizin bütün sinif uşaqların şəklini 19 nömrəmizə qoymuşam. Yadda saxla bizi sevənləri biz ondan da çox sevirik!
İstifadəçi:
AYISE YIGIT 2013-03-07 06:03:08
Ismarıc:
SIZ MENDEN YASIMI SORUSDUNUZ MENIM 10 YASIM VAR MEN SIZIN KECIRECEYINIZ DISKOTEKALI NOVRUZ BAYRAMINA GELMEK ISTEYIREM MUMKUNDURSE BAYRAMIN VAXTINI MENE DEYESINIZ
Cavab:
salam Ayişə! yaşın 10 dursa, deməli mənim bütün nağıllarım sənə maraqlı olar. Sehrli Dünya jurnalındakı nağıllar da. Diskotekamız çox maraqlı keçdi. Növbəti tədbirimizdə mütləq sənə xəbər eləyərik. Bircə telefon nömrəni dəqiq göstər. Bir də hansı yayım şirkətindən abunə olduğunu. 
İstifadəçi:
Ayisə Yigit 2013-03-07 05:58:38
Ismarıc:
SALAM TESEKKUR EDIREM 8 MARTINIZ MUBAREK KEDER AYAGINIZIN TOZU SEVINC BASINIZIN TACI OLSUN ISTERDIMKI BU SAYTDA HUSEYN ARIFIN LETIFELERINI QOYASINIZ
Cavab:
Axı Hüseyn arifin lətifələri böyüklər üçündür, canım. Sən ordakı lətifələrdən uşaqlara aidini tapsan, yaz qoyaq. 
İstifadəçi:
Mensume Tehmezli 2013-03-06 05:51:30
Ismarıc:
Tebrik edirem.
Cavab:
Təbikini qəbul etdik və səni qucaqlayıb öpdüm. 
İstifadəçi:
Terane Tehmezli 2013-03-06 05:48:23
Ismarıc:
8 mart gunu munasibetile tebrik edirem.
Cavab:
Öpdüm!
İstifadəçi:
xeyransa ceferzade 2013-03-04 12:48:55
Ismarıc:
Salam. necəsiz Gülzar xanım?bağışlayın,diskotekaya gələ bilmədim.sizdən soruşmaq istəyirdim ki, 18 nömrəli sayınızdakılardan hansıları müsabiqədir?
Cavab:
Eybi yox, Xeyransa, digər tədbirlrimizə gələrsən. 18 saydakılardan hansı səhifədə hədiyyə şəkli olsa, o da müsabiqədir. 
İstifadəçi:
MAISE VE SENAN AGAYEVLER 2013-03-04 07:16:33
Ismarıc:
Salam Gulzar nene.Biz bayrama gelmek isteyirik.Novruz bayramina.NE vaxt olacaq?
Cavab:
Maisə və Sənan! Salam! Fevralda Xocalı faciə günü qeyd olunduğuna görə fevral diskotekasını marta keçirtdik. Martın əvvəlinə planlaşdırdığımız novruz şənliyi martın sonuna keçirildi. Vaxtı haqda sizə dəqiq məlumat verəcəyik. Amma mütləq abunəçimiz olmalısınız. 
İstifadəçi:
Azer Qurbanov 2013-03-03 09:00:38
Ismarıc:
Salam.Necəsiz,diskateka xoşuma gəldi.cox sag olun.
Cavab:
Salam Azər! Biz də əlimizdən gələni edirik ki, sizə yadda qalan bir gün yaşadaq! Uşaqlıq illərinizə gözəl bir gün əlavə olunsun. 
İstifadəçi:
Ayisə y 2013-03-02 08:24:21
Ismarıc:
salam saytiniz gozeldir
Cavab:
Gözəl günlü olasan! 
İstifadəçi:
esma bayramli 2013-03-01 07:57:30
Ismarıc:
cok guzel
Cavab:
Əsma, "çok gözəl"  yazırsan. Yəni nədir gözəl olan?