Bir göyçək, balaca qız var idi. Qızın adı olsa da, başına həmişə qırmızı papaq qoyduğundan, ona “Qırmızıpapaq” deyərdilər. Qırmızıpapaq həmişə bağa gələr, ağacdan alma dərib yeyər, kölgəsində oturub nağıl oxuyardı.
...ardını oxu
Ana Həsənə yaxınlaşıb üzündən öpdü. Yorğanı üstünə çəkib getdi. Həsən gözüyumulu başını yorğanın altına soxub özünü gülməkdən güclə saxladı. Səssiz, için-için o qədər güldü ki...
...ardını oxu
(Hadisə Quba rayonunun 2-ci Nügədi kəndində baş verib. Uşağın da adı Eldar olub. O, böyüyüb hadisəni danışıb, Gülzar nənə isə ondan hekayə düzəldib. Sənin də başına maraqlı hadisə gəlibsə, yaz, Gülzar nənə də ondan nağıl, hekayə qoşsun)
...ardını oxu
Biri vardı, biri yoxdu, Əhməd və Məmməd adlı iki mehriban qardaş vardı. Qardaşlar tanınmış dulusçu idilər. Düzəltdikləri saxsı qabların şöhrəti dildən-dilə düşmüşdü. Ona görə də çox varlanmışdılar.
...ardını oxu
Gülşən adlı totuş, qəşəng, amma tənbəl bir qız vardı. Kitab oxumağı xoşlamaz, iş görməz, təkcə xoşladığı şey o idi ki, televizora baxsın. Valideynləri totuş, qəşəng, tənbəl qızı nə qədər danlayırdılarsa, xeyri olmurdu.
...ardını oxu
Biri var idi, biri yox idi, Şamil adlı gombul bir oğlan var idi. Şamilin ata-anası bütün günü sahədə işləyər, o isə nənəsi ilə qalardı. Nənəsi də onu çox istədiyindən bütün günü yedirdərdi.
...ardını oxu
Bir Cırtdan var idi. O, balıq tutmağı çox sevirdi. Bir gün Cırtdan balıq tutmağa gedir. Nə qədər gözləyir, tilovuna balıq düşmür. Yuxusu gəldiyindən elə qayıqdaca yatır.
...ardını oxu
Biri vardı, biri yoxdu, Qulaməli adlı, on yaşlı, tənbəl bir oğlan vardı. Qulaməli o qədər gülməli idi, hamı onu Qulaməli yox, Gülməli çağırırdı. Əslində o, gülməli deyildi, amma gördüyü işlər gülməli alınırdı.
...ardını oxu
Biri var idi, biri yox idi, bir dəcəl oğlan var idi. Dəcəl oğlan baba-nənəsini çox istəyir, onlarla qalırdı. Məstan adlı balaca pişik onun dostu idi. O, bütün günü toyuqları qovur,
...ardını oxu
Biri vardı, biri yoxdu, Tapdıq adlı kasıb, keçəl bir çirkin oğlan vardı. Bir gün Tapdıq oyandı, geyindi, saçlarını daradı, hazırlaşdı, ağacsız meşədə heyvan otarmağa getdi.
...ardını oxu
Biri var idi, biri yox idi, Sərraf adlı tənbəl bir oğlan var idi. Ata-anası nə qədər ki, sağ idi, heç nədən korluq çəkmirdi, elə ki, onlar öldü, oğlan yeməyə yavan çörək belə tapmadı. Bir-iki gün qonşulardan çörək alıb yedi.
...ardını oxu
Günlərin bir günü, Ayı bilmədən Dovşanın ayağını tapdaladı. Dovşan elə bağırdı, az qaldı Ayının qulaqları tutulsun: - Aman, öldüm! Vay, ayağım sındı! Ay anaaaa... Ayı çox pərt oldu. Bilmədi neyləsin ki, Dovşanın könlünü alsın: - Bilmədim, vallah, bilmədim! Yöndəmsiz bədənim qoymur ayağımın altını görüm! Bağışla, Dovşan, bağışla!
...ardını oxu
Murad adlı bir oğlan soyuqdan çox qorxardı. Qar yağan kimi yorğana bürünüb yatar, hətta qartopu da oynamazdı. Onu nənəsi belə öyrətmişdi. Muradın anası işdə olurdu deyə, o, çox vaxt nənəsi ilə qalırdı.
...ardını oxu
“Əlini məktəbdən özüm götürərəm!” Hər 4-cü gün nənəmin telefonla dediyi bu sözlər məni sevindirərdi. Beşinci günü xoşlayardım. Dərslərim qurtarar, nənəm gəlib məni dərsdən götürərdi. O, məni bağrına basanda ondan bir cür qoxu gələrdi.
...ardını oxu
Ana! Bu gün 16 yaşımız olur. Sən bizə həyat verdin, həyatı başa saldın, bilmədiklərimizi öyrətdin.
...ardını oxu
Vaxt var idi bütün heyvanlar kimi İt, Pişik və Siçan da meşədə yaşayırdı. Özü də çox mehriban idilər. O vaxt Şir doğrudan da padşah, Dovşan isə onun vəziri idi. Hə, hə, tanıdığımız o qorxaq dovşan. Amma o vaxt heç də qorxaq deyildi. Hamı ondan qorxurdu.
...ardını oxu
Qədim zamanlarda Yunan məmləkətində Heraklid adlı çox bilikli bir təbib var idi. Heraklid təbibliyi atasından öyrənmişdi. Atası bilikli təbib olmuş, bildiyini oğluna da öyrətmişdi.
...ardını oxu
Deyirlər, dünyanın düz vaxtında Əli adlı yetim bir oğlan var idi. Əli çobanlıq edər, heyvan otarar, bu minvalla ac qalmaz, başını saxlayardı. Hər gün səhər kəndin heyvan sürüsünü meşədəki hündür dağın başına çıxarar,
...ardını oxu
Əvəz adlı balaca bir oğlan vardı. Bir gün Əvəz mağazadan saqqız aldı. Saqqızı axşama qədər çeynədi, axşam yatanda da qulağının dalına yapışdırıb yatdı ki, itməsin. Bu, iki gün belə davam elədi.
...ardını oxu
Qədimdə Qəbələ mahalında bir Nohur kəndi var idi. Bu kənddə Mətin adlı cavan rəssam yaşayırdı. O, rəssamlığı babasından öyrənmişdi. Baba nəvəsini Nohur gölünə aparar, ona rəssamlığı meşədə öyrədərdi.
...ardını oxu
Bir gün Gülzar nənə uşaqları yığdı başına, başladı onlara cavanlığından danışmağa. Qoca nənə duzlu, məzəli söhbətinə belə başladı: - Balalarım, sizə keçmişdə olmuşlardan bir sirr açacağam, məəttəl qalacaqsınız.
...ardını oxu
Bu gün Nərminənin bəxti heç gətirmədi. Həmişə deyib-gülən Nərminə bu gün ağladı. Heç vaxt dərsindən pis qiymət almayan əlaçı, bu gün ilk dəfə yağlı bir “2” aldı. Bu, necə oldu? Bir telefonun ucbatından...
...ardını oxu
Alabaşın Toplan adlı balaca balası vardı. Toplan hər gün süd içir, anasının yanında tənbəl-tənbəl yatırdı. Anası Alabaş həyətdə göz-qulaq olur, yad adam həyətə girən kimi qovurdu.
...ardını oxu
Bir qoca balıqçı vardı. Onun koması dənizə elə yaxın idi ki, dənizdə fırtına olanda komaya da su gəlib çatırdı. Buna görə də balıqçı özünə hündür çarpayı düzəltmişdi ki, dəniz səmtdən su gələndə yatmış yerdə islanmasın.
...ardını oxu
Rəşid birinci sinfə gedəndə babasıgildə qalırdı. Birinci gün nənəsi onu məktəbə aparmaq istəyəndə Rəşid dedi: - Özüm gedə bilərəm, mən balaca deyiləm! – O, məktəb çantasını götürdü, yola düzəldi. Yol bir az uzaq olsa da, Rəşid qətiyyətlə ilk dəfə məktəbə özü getdi.
...ardını oxu
Aynur elə sevinirdi ki... Baba ilə dənizkənarı parka getmək onun çox xoşuna gəlirdi. Nə istəyirdi, baba alırdı, nəyə istəyirdi, baba mindirirdi. Demirdi: “Pulumuz qurtardı!”. Həmin gün Aynur yaxşı gəzdi.
...ardını oxu
Bu gün Nigar ilk dəfə məktəbə gedəcəkdi. Elə sevinirdi ki... Amma tərslikdən babası xəstələndi, ona görə də anası onu məktəbə apara bilmədi. Nigar məktəbə tək getməli oldu. Məktəb yaxınlıqda yerləşsə də, ana bərk-bərk tapşırdı:
...ardını oxu
Bir gün Cırtdan nənəsinin eşşəyini götürüb gedir meşəyə odun yığsın. Elə təzəcə odun yığmağa başlamışdı, görür şahın adamları ona yaxınlaşıb soruşdular:
...ardını oxu
Həyətdəki uşaqlar çox sevinirdilər. Məsi pişiyin düz beş balası olmuşdu. Onlar balaca və çox qəşəng idilər. Üçü ala-bula, ikisi isə ağappaq idi. Məsi daha həmişəki kimi həyətləri dolaşmır, çox vaxt balalarının yanında olurdu. Uşaqların hərəsi evdən bir yemək gətirib balalara verirdi.
...ardını oxu
Qədim zamanlarda bir tacir, tacirin də Səma adlı gözəl, ağıllı qızı vardı. O, qızını çox istəyir, hər səfərə gedəndə ona gözəl hədiyyə alırdı. Bu dəfə də tacir səfərə gedəndə Səmadan soruşdu: - Gözəl qızım, gələndə sənə nə alım?
...ardını oxu