
(Dahilərdən tərcümə edilmiş)
Bir ağa nökəri ilə bostanı gəzməyə getmişdi. Bostandan bir xiyar dərib nökərə verir ki, dadına baxsın. Xiyar çox acı olsa da, nökər onu şirin-şirin yeyir. Ağa həmin xiyarın dadına baxanda, görür xiyar çox acıdır. Nökərdən soruşur:
- Bu acı xiyarı niyə belə şirin-şirin yeyirsən?
Nökər:
- Mən sənin bərəkətli süfrəndən bal kimi şərbətlər içmişəm. İnsafım yol vermədi ki, “acıdır” deyib, yerə atım.
Ağa nökərin etibarını görüb ona daha yaxşı bir iş verir.