
(Dahilərdən tərcümə edilmiş)
Rum hökmdarı İsgəndər padşah bir gün rəiyyəti qarşısında çıxış edib deyir:
- Hələ bir dilənçini əliboş qaytarmamışam, kim mənə ağız açıb, istədiyini vermişəm.
Bunu eşidən bir nəfər deyir:
- Ey padşah, mənim üç dirhəm borcum var, nə vaxtdır qaytara bilmirəm, xahiş edirəm məni də əliboş qaytarmayasan.
Camaat içərisində deyilmiş bu sözdən şahın xoşu gəlmir:
- Padşahdan belə kiçik şey istəmək ədəbsizlikdir!
- Şahım, onda mənə bir məmləkət bağışla!
İsgəndər padşah belə cavab verir:
- Birinci istəyin mənim ad-sanıma
layiq deyildi, ikincisi isə sənin.