Bu nömrəmizdə: Jurnalın 20-ci nömrəsinə "Gülzar nənə ilə Güvəquşunun macəraları" adlı yeni nağıl yazılıb. Jurnal oxuculara çatan kimi redaksiyaya zənglər olunub: "Nağılın ardı hansı sayda olacaq?" "Ağıllı Tuti" rubrikasında iki müdrik hekayə verilib. "Telefondan gələn səslər" rubrikası uşaqlara əyləncəli yolla rus dilini öyrədir. "Sehrli məktublar" rubrikasına dənizdən-suyun dibindən məktub gəlib. Məktub kimdən gəlib? uşaqlar tapmalıdır. "Uşaqlıq illəri" rubrikası uşaqları tezdən oyanmağa çağırır. M.Seyidzadənin təmsilləri uşaqlarda həmişə maraq doğurur. "Qatmacalar" rubrikası uşaqlara əyləncəli hesablar öyrədir. "Siz, mənə yol verin" rubrikası yol hərəkəti qaydalarını öyrədir. "Şou aləmində" rubrikasında uşaqlar xaql mahnısını tanıyır, müsabiqə yolu ilə əlifbanı,hesabı öyrənir. "Şeytan tələsi" rubrikası uşaqlar yol keçərkən ehtiyatlı olmağı çağırır. Adəti üzrə "Ciddi ol" rubrikası yumor səhifəsidir.