Bu nömrəmizdə: 16-cı say Yanvar ayı olduğuna görə qış nağılları ilə maraqlıdır. Həmçinin jurnalda baş redaktor Gülzar İbrahimovanın Cırtdanın davamı kimi yazdığı " Necə oldu ki, Cırtdan Ayı xilas etdi" nağılı yerləşdirilib. Nağıla çəkilmiş rəngarəng rəsmlər jurnalı daha da gözəlləşdirir. "Tilsim yox ol" rubrikası uşaqlara çətin labirintdən asan keçməyin yolunu öyrədir. "Tanış olaq bu sənsən" rubrikası uşaqların xasiyyətində mənfi cəhətləri göstərir. "Pitsa" rubrikasında uşaqlar pitsa bişirməyi öyrənir. "Sözdən-söz oyunu" rubrikasında uşaqlar itirilmiş sözləri tapırlar. "Alo, nağıl, bu sənsən?" rubrikası nağıl müsabiqəsidir.