Arif əlində qoğal yeyir. BUnu görən balaca bacısı deyir:
-Mən də qoğal istəyirəm
- Bu qoğal deyil kətədir
- Mən də kətə istəyirəm
- Bu kətə deyil kökədir.
- Mən də kökə istəyirəm.
- Bura bax, sən heç özün də bilmirsən nə istəyirsən!!!
Müəllimə uşaqlara yalnız bir gün yaşayan həşəratlardan danışır.
Arxa partadan səs gəlir:
- Eladı e... Bütün ömrün boyu ad günün olur.
Ekskursiya vaxtı şagird müəllimədən soruşur:
- Bu kimin heykəlidir?
- Puşkinin.
- Səhv eləmirəmsə Puşkin "Mumu"nu yazmışdı.
- Yox, Mumunu Turgenev yazıb.
- Başa düşə bilmirəm. "Mumu"nu yazan Turgenyev heykəl niyə Puşkinə qoyulur?
Ana ezamiyyətdə olduğundan uşağı atası bağçaya aparır. Bağçada deyirlər bu uşaq bizim uşaq deyil. İkinci, üçüncü bağçada da eyni sözü deyirlər. Ata çaşbaş qalır. Uşaq deyir:
- Ata, niyə çatmırıq, axı dərsə gecikirəm?
Baba diş həkiminindən gələn nəvəsindən soruşur:
- Dişin daha ağrımır?
- Bilmirəm, bəlkə də ağrıyır...Həkim onu özündə saxladı.
- Oğlum, axı sən mənə saat 4-də evdə olmağı söz vermişdin.
- Bilirəm ata...
- Mən də sənə söz vermişdim ki dörddən gec gəlsən səni kötəkləyəcəm
- Ata, mən sözümün üstündə durmadım istəyirsən sən də durma!
Ana aşpazlıq kursuna gedən qızından soruşur:
- Sizə bişirdiklərinizi yeməyə icazə verirlər?
Qız dərindən köks ötürərək cavab verir:
- İcazə verirlər nədir?! Bizi məcbur edirlər...
- Ata "daş dövrü" nə deməkdir?
- O dövrdə hər şeyi daşdan düzəldirdilər.
- Doğrudan? Televizorları da?
- İtiniz niyə mənə belə hirsli-hirsli baxır?
- Kimsə onun qabında yemək yeyəndə həmişə belə baxır.