
Qışda yox, yayda olar,
Adında yeddi hərf var.
Hər evə gedər qonaq,
Özünə seçər otaq.
Məndən öyrənib
Hörümçək adam
Göydə uçmağı,
Divara, dağa
Cəld dırmaşmağı.
Bir fərqimiz var,
O xilas edir,
Dara düşənin
Dadına yetir,
Mən isə tozdan
Tor toxuyuram!
İnsanlar üçün,
İş artırıram!
(cavab: toratan)