
(Dahilərdən tərcümə edilmiş)
Bir nəfərin keçisinin gecə balası olur. Gecə ilə qonşulardan biri onun balasını oğurlayır. İş qaziyə gedib çıxır. Qazi oğrunu belə tapır. Keçinin başına kömür sürtüb qonşulara deyir:
- Tövlə qaranlıqdır. Hərəniz tək-tək içəri girib keçinin başını tumarlayın. Keçi çox ağıllı keçidir. Oğru kimdirsə, keçi onun başını tumarlayanda, qoxusundan tanıyıb mələyəcək.
Dörd qonşunun dördü də bir-bir içəri keçib keçinin başını tumarladılar. Amma keçinin səsi çıxmadı.
Hakim onların əllərini yoxladı. Hamının əlinin içi qara idi, kömürə bulaşmışdı. Tək bir qonşudan başqa. Hakim dedi:
- Sənsən oğru, keçini qaytar, sonra isə cəzanı çək!
- Niyə mənəm?
Oğrunun cavabını sən ver! Niyə məhz oğru odur?
Cavab:
"Sən əlini keçinin başına toxundurmağa qorxmusan ki, keçi səni tanıyar, mələyər! Ona görə ona əl vurmamısan. Ona toxunsaydın, əlini kömür qaraldardı. Oğru sənsən!".