
(Dahilərdən tərcümə edilmiş)
Bir nəfər səfərə gedəndə xəsis dostuna deyir:
- Səfərə gedirəm, üzüyünü mənə ver, barmağımda görəndə səni yadıma salım.
Xəsis:
- Nə vaxt məni yadına salmaq istəsən, boş qalan barmağına bax, fikirləş ki, filan vaxt dostumdan üzük istədim, vermədi.