
Mən hər şeyi görmüşəm;
Konfet də, dondurma da,
Şokolad, marmelad da
Hamısından yemişəm.
Çoxlu-çoxlu yemişəm,
Yenə də istəmişəm,
Ağzımı doldurmuşam,
Cibimi doldurmuşam.
Mürəbbə də yemişəm;
Ərik, gilas, böyürtkən.
Hələ tələsdiyimdəm
Üstümə də tökmüşəm.
Mən bunları görmüşəm,
Amma bilmirəm niyə
Hamı deyir ki mənə,
"Mən yaman görməmişəm?!"
şeir - uşaq şeiri - kiçik yaşlı uşaqlar üçün şeir