Cavab:
öz yazdığım mənsur şeri sənə göndərirəmBir də sənə görə bir ana şeri yazmışam, ancaq sabah göndərə bilərəm. 1- 2 yerini düzəltməliyəm.sənə bir şey də deyə bilərəm. Sabah Nəşriyyatın yanında Beynəlxalq Mətbuat Mərkəzi var. Orda bir tədbir keciriləcək, "uşaq mahnılarının yazılmasına aid müsabiqələrin elan olunması" İstəyirsən gəl ora orda səni bütün tanınmış uşaq yazıçıları və şairləri ilə tanış edim, telefonlarını da götür, nə vaxt istəsən, zəng elə sənə istədiyin şeri versinlər. Mən nağıl yazanam, onlar isə şer yazanlardı. Ələmdar Quluzadə, Zahid Xəlil, İlyas Tapdıq, Sevinc Nuriqızı və s.
Ananın qədri çox gec bilinər…
Qayıt, Ana, bir anlığa qayıt!
Sirli-sehrli dünyanı gəzib,
ata ocağına qayıtdım, Ana! Bir vaxtlar isti nəfəsindən od alıb-yanan
ocağa. Küncə-bucağa göz gəzdirdim. Dedim, bəlkə o ocağın istisindən
bir əsər-əlamət qala. Vaxtilə qədrini bilmədiyim ana nəfəsini axtardım orada.
Qollarının arasına girmək, qabarlı
əllərindən öpmək istədim sənin. Qollarımın üstündə gəzdirmək istədim səni. Tapa
bilmədim. Sevginə sevgimlə cavab vermək istədim. O ülvi, o müqəddəs, o təmənnasız
məhəbbətinə.
Hər sözünə qulaq asmaq, hər
dərdinə şərik olmaq, hər kəlmənə, «Jan!» demək istədim. Amma çox gec oldu. Səni
heç yerdə görmədim.
Heyf, çox heyf ki o
sevginin qədrini gec bildim; özüm valideyn olandan sonra. Onda da artıq çox gec
idi. Sən çox-çox uzaqlardaydın. Sənə bənzər ana görəndə “Kaş mənim də anam sağ
olaydı”, - deyə fikirləşdim.
Bircə anlığa qayıdıb gələ
bilsəydin yanıma, onda görərdin, səninçün necə darıxmışam. Səni duz kimi
yalayardım, ayaqlarından öpərdim,
“Bağışla, qədrini bilməmişəm, Ana!” - deyərdim.
Oxşayardım səni, sən məni
oxşadığın kimi, öpərdim səni doya-doya, sən
məni öpdüyün kimi; mənim müqəddəs Anam.
Mənim Anam! Mənim şirin Anam! Heç nəyi özünə qıymayıb, hər şeyi bizə verən, əvəzində isə soyuqluq və kobudluqdan başqa bir şey görməyən Anam!
İndi mənim soyuq məhəbbətlər
əhatəsində sənin ülvi, əvəzsiz məhəbbətinə, isti nəfəsinə ehtiyacım var. Qayıt,
qayıt, bir anlığa həyatıma gəl. Gəl gör ki, sənin dizlərində doyunca yatmadığım
üçün necə peşman olmuşam. Üstümü örtəndə əllərindən tutub öpmədiyim üçün necə
peşman qalmışam. Gəl gör ki, Sən məni bağrına basanda, bağrından tez ayrıldığım
üçün necə peşmanam. Nə olar, Ana, bir anlığa qayıt!
sən göndərdiyin poçt ünvandan istədim sənə məktub yazam o günü nədənsə getmədi, telefonunu da yaz mənə.