Jurnal 3

Jurnal 3
Buraxılış nömrəsi: Jurnal 3
Baş redaktor: Gülzar İbrahimova
Redaktorlar: Nigar İbrahimova
Rassamlar: Sərbəst rəssamlar
Tiraj: 3000

Bu nömrəmizdə: Jurnalımızın 3 sayı dekabr nömrəsidir ki, bu ayın nömrəsini həmişə Bala Dili jurnalında işləyərkən də məmnuniyyətlə hazırlamışam. Çünki Yeni il bayramı uşaqların ən sevimli bayramıdır. Elə mənim də. Bu nömrədə uşaqlara təzə nağıllar yazmışam. Dünya nağıllarından təzə tərcümələr eləmişəm. Yeni il bayramına həsr edilmiş nağılda Şaxta babanın uşaqlara hazırladığı hədiyyələr oğurlanır. Uşaqları sevməyənlər hədiyyələri oğurlamışdılar ki, uşaqlar sevinməsin. Necə olur ki, hədiyyələr tapılır, bunu nağılı oxuyandan sonra bilmək olar. Tam nağıl haqda yazsaq oxuyan üçün maraqsız olar. Yeni il lətifələrimiz doğrudan da yenidirlər, çünki heç yerdə eşidilməmiş lətifələrdir. Hansı səhifədə hədiyyə şəkli varsa, həmin səhifə müsabiqəlidir. Həm rəsm həm də sual-cavab müsabiqələri hər zaman uşaqlar üçün işləkdir. Yəni, hər bir uşaq nə vaxt istəsə həmin müsabiqələrdə iştirak edə bilər. Məs: Belə bir müsabiqəmiz var. 1 yaş münasibətilə jurnalın hər sayını, yəni 12 sayını da toplamış oxucu redaksiyadan hədiyyə qazanır. İstəyir neçə yaşımız olursa olsun, uşaq əgər 12 nömrəni gətirib bizdən qeydiyyatdan keçirirsə, hədiyyəsini də alır.