Jurnal 21

Jurnal 21
Buraxılış nömrəsi: Jurnal 21
Baş redaktor: Gülzar İbrahimova
Redaktorlar: Nigar İbrahimova
Rassamlar: Sərbəst rəssamlar
Tiraj: 3000

Bu nömrəmizdə: Jurnalın 21-ci sayında yeni nağıllar yazılıb.Təyyarə krossvord uşaqların zehninin inkişaf etdirməsi üçündür. 16-cı səhifədə "Yük maşını" hekayəsi yol hərəkəti qaydalarını öyrədir. Daimi rubrika olan "Ağıllı Tuti" mudrik hekayələr öyrədir. 20-ci səhifədə "Sehrli quş", "Kibrit", "Dostumu axtarıram" kimi öyrədici oyunlar diqqətin cəmlənməsinə yönəldilmiş,düşündürücü oyunlardır. "Sehrli Dünya"nın gizli əlifbası oxucuları çox maraqlandırdı. Hətta bu əlifba ilə redaksiyaya məktub yazanlar da oldu. 26-cı səhifə "Sehrli Dünya"nın dahilərinə həsr olunub. 28-ci səhifədə "Gizlənpaç" oyunu uşaqlar tərəfindən sevilən rubrikadır. Burda onlar gizlənənləri tapırlar. 32-ci səhifədə yol hərəkəti qaydaları rus dilli uşaqlara rus dilində, şeir şəkilində öyrədilir. 36-cı səhifədə illik hədiyyəli musabiqə elan olunub. Jurnalın bütün saylarını toplayana redaksiya tərəfindən xüsusi hədiyyə verilir. 38-40 "Dənizsiz yay olmaz"... Burda uşaqlara dənizdə özünü necə aparmaq öyrədilir. Dənizdə suda boğulma qorxusu olanda nece hərəkət etmək lazımdı qaydaları uşaqlara öyrədilir. 42-ci səhifədə "Ağıllı bala" rubrikasında uşaqlar ingilis və rus dillərini öyrənir. 44-45-ci səhifələrdə "Ciddi ol" rubrikasıdır. Uşaqlar bu səhifədə yumor oxuyur. 47-ci səhifədə qaliblərin çəkdiyi rəsmlər və öz şəkilləri verilir.