Jurnal 2

Jurnal 2
Buraxılış nömrəsi: Jurnal 2
Baş redaktor: Gülzar İbrahimova
Redaktorlar: Nigar İbrahimova
Rassamlar: Sərbəst rəssamlar
Tiraj: 3000

Bu nömrəmizdə: Jurnalımızın ikinci sayında təzə nağıllar yerləşdirilib. Sirusla Virusun macəraları ilk nömrədən uşaqların xoşuna gəlib. Tapmacalar, öyrədici, əyləncəli hesablar uşaqların xoşladığı rubrikalardandır. Yumor səhifəsində uşaqlar heç yerdə oxumadıqları yeni uşaq lətifələri oxuyacaq. Siz bu nömrədə olan "Uşaq duası" adlı müdrik sözləri heç bir jurnaldan tapa bilməzsiniz. Bir oxucumuz zəng edib redaksiyaya bildirmişdi: "İnanın sizin həmin yazını uşağıma oxuyandan sonra o tamam dəyişildi. Elə bil əvvəlki sözə baxmayan uşaqdan əsər-əlamət qalmadı. Hər şeyə ərköyünlük edən oğlum sanki başqa uşaq oldu". Bir bu məqalədən ötəri mən öz uşağıma jurnalın bu nömrəsini mütləq alardım. "Jurnallarımızın hər nömrəsi bir-birindən maraqlıdır!" Bu redaksiya heyətinin yox, oxucuların fikridir.