Jurnal 17

Jurnal 17
Buraxılış nömrəsi: Jurnal 17
Baş redaktor: Gülzar İbrahimova
Redaktorlar: Nigar İbrahimova
Rassamlar: Sərbəst rəssamlar
Tiraj: 5000

Bu nömrəmizdə: 17-ci sayda "Aç qapını mən gəlim" rubrikası uşaqlar üçün indiki dövrdə çox vacib bir problemi açıqlayır. Rubrika belə başlayır: Eşit! "Sehrli Dünya" sənə dünyanın yaxşılıqları ilə birgə pisliklərini də öyrədir. Bunu ona görə edir ki, qorxmayasan, dara düşəndə başını itirməyəsən! Biz həmişə nağıllarda Küpəgirən qarılardan,İfritlərdən yazırıq. İnan, onlar müasir həyatda da var. Səni qorxaq olmağa yox. ehtiyatlı olmağa çağırıram. Rubrika uşaqlara ən çətin, qorxulu hallarda vəziyyətdən çıxmağın yolunu öyrədir. Belə bir rubrika çapa getdikdən sonra redaksiyaya 17 valideyn və 3 psixoloq tərəfindən təşəkkür məktubu göndərilib. Jurnal yeni nağıllar və yeni rubrikalarla daima yenilənir. "Səni yeyərəm haa " rubrikasında 3 başlı əjdaha uşaqlara rebus öyrədir. Qədim Hindu tayfasının gizli əlifbası (28-ci səhifə) uşaqların çox xoşuna gəlib. Bu əlifba ilə yazılmış gizli sözləri tapmağı çox xoşladılar.