Jurnal 1

Jurnal 1
Buraxılış nömrəsi: Jurnal 1
Baş redaktor: Gülzar İbrahimova
Redaktorlar: Nigar İbrahimova
Rassamlar: Sərbəst rəssamlar
Tiraj: 3000

Bu nömrəmizdə: Uşaq ədəbiyyatında boşluqlar var! Uşaq jurnalları çox azdır! - Tribunalardan eşitdim. İşlədiyim Bala Dili jurnalından ayrılmaq, müstəqil bir uşaq jurnalı aşmaq qərarına gəldim. Artıq 15 il idi ki, uşaqlar üçün yazırdım. Onlar da sağ olsunlar yazdıqlarımı sevə-sevə oxuyurdular. Yazılarıma arxayın idim deyə, tezliklə "SEHRLİ DÜNYA" adlı 48 səhifəlik ushaq jurnalını nəşr elətdirə bildim. Az bir müddətə jurnal uğur qazandı. Bu yazını jurnalın 2 yaşına az qaldığı bir vaxtda yazmışam. Fəxrlə deyə bilərəm ki, bu gün oxucumuz bizi səbirsizliklə gözləyir. Bir gün jurnal gecikəndə gündə 10 dəfə redaksiyaya zəng vurub jurnalı soruşanlar var. Hiss edirsən ki, uşaq sanki jurnalsız özünə yer tapa bilmir. Bütün bunlar bizi çox sevindirir. Daha da həvəslə işləməyə yönəldir. Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi jurnalımızı bəyənmiş, uşaqlara onu oxumağı tövsiyə etmişlər. Bu 2 yaşlı jurnal üçün az uğur deyil. Sevinirik, inşallah uğurlarımız daha da çox olar.