Sirus və Virus
Sirus və Virus Kompyuter dünyası ilə yorulmadan səyahət edirdilər. Ağıllılar ölkəsindən vurur, Azad uşaqlar şəhərciyindən çıxırdılar, Dondurma şəhərciyindən qaçıb, Səfehlər şəhərindən çıxırdılar. ...ardını oxu
Sirus öz kopyasını Yerə göndərəndən az sonra Virusun başına gələnlərdən xəbər tutdu. “Dostuma kömək eləməliyəm!”, - deyib təcili Ağıllılar ölkəsinə yollandı. Soraqlaşıb şəhər merini tapdı. Sonra isə istintaq qrupunun köməyi ilə Virusu ikinci dəfə xilas elədi. ...ardını oxu
İki Sirus bir-birindən ayrılmalı oldu. Onlardan biri – əsl Sirus Kosmosda qaldı, o biri – Kosmik Sirus isə Yer planetinə uçdu.Kosmik Sirus elə proqramlaşdırılmışdı ki, əsl Sirusdan fərqlənmirdi. Üz cizgiləri, danışığı, gülüşü, mədəni davranışı eyni idi. ...ardını oxu
Ağıllılar ölkəsində Sirusla Virus hava skeyti sürəndə hadisə baş verir. Hava skeytini yaxşı sürən Sirus alqışlananda Virus paxıllığından ona mane olur, nəticədə qəza baş verir. Sirus idarəetməni itirir, skeyt sürətlə yerə düşməyə başlayır. Yadplanetlilər olmasaydı, kim bilir, Sirusun başına nə gələcəkdi... ...ardını oxu
(Əvvəli ötən saylarımızda) Sirus hava skeytini çox yaxşı sürürdü. Hətta “Ağıllılar ölkəsi”nin uşaqları da Sirusu ötə bilmirdilər. Bir anlığa paxıllıq Virusun elektron başını necə xarab elədisə, o özünü idarə edə bilmədi. Skeyt sürməkdə səriştəsiz olmasına baxmayaraq, Sirusu keçməyə çalışdı. ...ardını oxu
Sirus “Azad uşaqlar şəhərciyi”ndən qayıdan kimi, dərs masasının arxasına keçdi. Kitablarını açdı ki, dərslərini hazırlasın, qapının zəngi çalındı. Gələn atası ilə anası idi. Onlar şam eləyəndən sonra, ata Sirusu şahmat oynamağa çağırdı. ...ardını oxu
Sirusla Virus dost olandan sonra günü-gündən mehribanlaşırdılar. Hətta Sirus daha yeməyini mətbəxdə yox, öz otağında, yəni kompyüteri olan otaqda yeyirdi. Hər dəfə yemək yeyəndə Virusu çağırır, onlar yeməklərini bir yerdə yeyir, sonra isə kompyuter oyunu oynayırdılar. Oyun oynayanda davaları düşür, sonra barışırdılar. ...ardını oxu
Sirus kompyuterdə bir oğlanın yazıqyazıq ona baxdığını gördü. Oğlanın başı robot, bədəni insan bədəniydi. Elə ağlayırdı ki, gözlərinin yaşı bir dəqiqə də dayanmırdı. Gördüklərindən dəhşətə gəldi: ...ardını oxu
Saytın materiallarından istifadə edərkən Sehrli Dünya uşaq jurnalı saytına istinad etməyinizi xahiş edirik.

Site by Javid Sultanov Studio