Tədbirlər

“Satılan hər 100 uşaq kitabından cəmi 5-i doğma dilimizdədir”

Tanınmış yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülzar İbrahimovanın çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var. O, istedadlı bir nasir kimi, uşaq ədəbiyyatı aləmində “Gülzar nənə” təxəllüsü ilə tanınır. 50-yə yaxın uşaq kitabının müəllifi olan Gülzar nənə yaradıcılığının zirvəsindədir. Cəmiyyətdə ən çox uşaq yazıçısı kimi tanınır.

...ardını oxu

13 nömrəli məktəbdə keçirilən görüş

Ş. Əfəndizadə adına 13 nömrəli məktəb - "Sehirli dünya" jurnalının redaktoru, şairə Gülzar İbrahimova ilə görüş. Məktəb direktoru: Azərbaycan Respublikasının əməkdar müəllimi, "Qızıl Qələm" mükafatı laureatı - Yaqut Sadıqova. 1-b sinif rəhbəri, Fəlsəfə elmləri doktoru Hüseynova Sədaqət.

...ardını oxu

Yazıçı öz doğma məktəbinə gəldi

Aprelin 26-da yazıçı Gülzar İbrahimovanın öz doğma mektebi – Yasamal rayonu 13 saylı orta məktəblə görüşü keçirildi. Zala toplaşanlar yazıçını doğmaları kimi gur alqışlarla qarşıladılar.

...ardını oxu

Sumqayıt yeniyetmələri ilə “Üç nəsihət” adlı vətənpərvər oxucu-yazıçı görüşü

25 aprel 2016-cı ildə Sumqayıtda 21 saylı orta məktəbin 6-cı və 7-ci sinif şagirdləri ilə yazıçı Gülzar İbrahimovanın görüşü keçirildi.

...ardını oxu

Respublika Texniki Yaradıcılıq mərkəzində yazıçı Gülzar İbrahimova ilə görüş

Novruz bayramı münasibətilə 2016 -cı il martın 15-də Respublika Texniki Yaradıcılıq mərkəzinin istedadlı şagirdləri səhnələrində maraqlı uşaq tamaşası oynadılar.

...ardını oxu

Ə.Vahid adına kitabxanada yazıçı Gülzar İbrahimova və Sevinc Nuriqızı ilə görüş

2016 il Martın 16-da Ə.Vahid adına kitabxanada uşaq yazıçıları Gülzar İbrahimova və Sevinc Nuriqızı ilə görüş keçirildi.

...ardını oxu

2 fevral 2016-cı il Bakı İstedadlar Təhsil Kompleksi

Fevralın 2-də 2016-cı ildə Bakı İstedadlar Təhsil Kompleksinin bağça və məktəbəqədər təhsil bölməsinin uşaqları Gülzar nənə üçün darıxıb, növbəti dəfə onu qonaq çağırmışdılar.

...ardını oxu

14 fevral Sehrli Dünya uşaq jurnalı

Sehrli Dünya uşaq jurnalı fevralın 14 -də Park Bulvarda Respublika Uşaq Kitabxanasının "Beynəlxalq Kitab Bağışlama Günü" adlı tədbirinə qoşularaq . uşaqlara çoxlu kitab hədiyyə elədilər.

...ardını oxu

Gələcəyin yazıçı və şairləri Yazıçılar Birliyində

Dekabrın 15 - də Yazıçılar Birliyində Azərbaycan yazıçılar Birliyi və “Sehrli Dünya” uşaq jurnalının birgə layihəsi olan nağıl, hekayə və şeir müsabiqəsinin yekun mərhələsi keçirildi. 7-13 yaş qrupunda ədəbiyyatsevər uşaqların iştirak etdiyi bu müsabiqəyə 37 qalib uşaq və dolu zal böyük gəlmişdi. Qalib uşaqlar müsabiqənin yekun mərhələsində iştirak etmək üçün şəhərdən əlavə, Bakı kəndləri – Əmircandan, Balaxanıdan, hətta uzaq rayonlarımız – Ağdaş, Xaçmaz, Hacıqabuldan da həvəslə gəlmişdilər.

...ardını oxu

“Sehrli Dünya” uşaq jurnalı 4 iyulda oxucuları üçün yay tədbiri keçirdi.

“Sehrli Dünya” uşaq jurnalı 4 iyulda oxucuları üçün yay tədbiri keçirdi. Şənlik Goradil kəndikdəki Sərhəd qoşunlarının istirahət mərkəzi olan “Sərhədçi”də təşkil olunmuşdu. Tədbirə H. Sarabski adına Mədəniyyət evinin musiqiçiləri, klounları dəvət olunmuşdu. Tədbir çox şən keçdi. Üzgüçülük və digər müsabiqədə qalib gələnlərə hədiyyələr təqdim olundu. Tədbirin sonunda hər kəsə hədiyyələr verildi, kollektiv şəkil çəkildi.

...ardını oxu

“Sehrli Dünya” oxucuları ilə bayram şənliyi keçirdi.

Uşaqlar tərəfindən sevilmiş , “Sehrli Dünya” jurnalı redaksiya heyəti və oxucuları bütün ad günlərini, bayramlarını bir yerə toplaşaraq qeyd edirlər. Bu gün isə jurnal 3 yaşını böyük təmtəraqla qeyd elədi.

...ardını oxu

1 iyun Beynəlxalq Uşaq günü

Filarmoniya bağında möhtəşəm tədbir

...ardını oxu

"Sehrli Dünya" jurnalının uşaqlarla keçirdiyi 2014- cü il Yeni il tədbiri

Bazar günü yanvarın 12-si saat 12:00-da Sehrli Dünya uşaq jurnalı Xırdalan şəhərində yerləşən “Badam” İstirahət Mərkəzində oxucuları ilə köhnə ili yola salıb, təzə ili qarşıladı.

...ardını oxu

Ermənilərin "düşmən" elan etdiyi nağıl yazarı Gülzar nənə

Bu yanaşma nağıl yazarı Gülzar İbrahimovanı (Gülzar nənə) ermənilərin qatı düşməninə çevirib.

...ardını oxu

“Sehrli Dünya”dan gələn təzə xəbər

Hər bayram oxucularını başına yığıb şənlik eləyən Sehrli Dünya uşaq jurnalı bu dəfə martın 19-u saat 12:00-da Respublika Atçılıq Məktəbinin Cıdır meydanında Novruz Bayramı şənliyi keçirdi.

...ardını oxu

Köhnə ili yola salıb, təzə ili qarşıladıq

12 Yanvar saat 12:00-da "Sehrli Dünya" uşaq jurnalı Xırdalan şəhərində yerləşən “Badam” İstirahət Mərkəzində oxucuları ilə köhnə ili yola salıb, təzə ili qarşıladı.

...ardını oxu

Mərkəzi Kitabxana sistemində tədbir

Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən MKS-nın III filialında Gülzar nənə ilə şagirdlərin görüşü oldu.

...ardını oxu

Payızı sinfimizə gətirdik!

Noyabrın 7-də Sumqayıt şəhərində yerləşən 131 saylı orta məktəbin ibtidai sinif şagirdləri "Sehrli Dünya"nın iştirakı ilə "Payızı sinfimizə gətirdik!" adlı tədbir keçirdi .

...ardını oxu

Sehirli dünya Mətbuat Şurasının üzvü oldu

Əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu olub. «Vergilər», «Çempion», «Hərbi and», «Zirvə yolu», «Yeni təfəkkür» qəzetlərinin, «Sehirli dünya», «Azərbaycanın dünyada səsi» jurnallarının, "5 Media" şirkətinin nəzdində fəaliyyət göstərən Qol.Az və Axşam.az saytlarının MŞ sıralarına qəbulu barədə qərarlar çıxarılıb. Lənkəranın və Bakının Binəqədi rayonunun eyni adlı qəzetləri də Şuranın yeni üzvləri sıralarında yer alıblar.

...ardını oxu

Yay sevinci

Bazar günü 14 iyulda saat 16:00- da Yazıçı Gülzar İbrahimova baş redaktoru olduğu “Sehrli Dünya” uşaq jurnalının redaksiya heyəti ilə oxucuları üçün Bakının gözəl, səfalı kəndlərindən biri olan Görədil kəndində çox maraqlı bir yay tədbiri keçirdi.

...ardını oxu

Gülzar nənənin sehrli dünyası

22 May 2013-cü ildə Suraxanı rayonu Mərkəzi Kitabxana Sisteminin 1 saylı filialı Əmircan qəsəbə M.Əzizbəyov adına Mədəniyyət evində uşaqların sevimli yazıçısı Gülzar xanım İbrahimovanın iştirakı ilə "Gülzar nənənin sehrli dünyası" adlı tədbir keçirdi.

...ardını oxu

Sumqayıtlı balalarla birgə gözəl bir gün

Sumqayıt şəhəri Y.Məmmədəliyev adına 31 saylı məktəbin 1-ci sinif şagirdləri \"Sehrli Dünya\"nı qonaq çağırmışdılar. Görüş çom mehriban bir şəraitdə keçdi. Uşaqlar sevinc içərisində \"Sehrli dünya\"ya sevgilərini bildirdilər.

...ardını oxu

“Sehrli Dünya” 1 yaşında

Artıq bir ildir ki, “Sehrli Dünya” adlı jurnal nəşr olunur. Bu bir ildə demək olar ki, heç bir jurnala bənzəməyən, maraqlı, uşaqlar üçün vacib bir dərgi işıq üzü görür. Həm səhifə sayı, həm rəngarəngliyi, həm fərqli rəssam işi, həm də şirin yazıları ilə balalarımızın görüşünə gələrək onları sevindirir. Bir ili uğurla başa vuran kollektiv jurnalın nəşrinin ən çətin dövrünü adlayıb. Uşaqların “Gülzar nənə” kimi tanıdığı jurnalın təsisçisi və redaktoru Gülzar İbrahimova “Sevdiyi işdən insan yorulmaz! Biz də yorulmamışıq, oxucularımızın sayı artdıqca, bizə təzə enerji gəlir” deyir.

...ardını oxu

Kitab karvanı Qazaxda

“Uşaq kitabları – İpək yolu ilə” regionlararası kitab karvanı dünən Qazax rayonunda olub. Mədəniyyət və Turizm Nazirliyinin verdiyi xəbərə görə, Qazax rayon Mədəniyyət evinin qarşısında müxtəlif nəşriyyatların kitab və jurnallarından ibarət 920 nüsxə kitab kolleksiyası rayon oxucularına səyyar sərgi vasitəsi ilə nümayiş etdirilib.

...ardını oxu

“Sehirli dünya” jurnalının Yeni il buraxılışına həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sehirli dünya” uşaq jurnalı çoxsaylı oxucusu ilə bayram tədbiri keçirib. Gün.Az xəbər verir ki, Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümü, Prezident İlham Əliyevin 50 illik yubileyi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, qarşıdan gələn Yeni il və “Sehirli dünya” jurnalının Yeni il buraxılışına həsr olunan mərasimdə jurnalın baş redaktoru, “Kiçik Dünya” uşaqların maarifləndirilməsinə kömək İctimai Birliyinin sədri, yazıçı Gülzar İbrahimova jurnal haqda ətraflı məlumat verib.

...ardını oxu

Yasamal rayon MKS-i “Sehirli dünya” uşaq jurnalının 1 yaşı münasibətilə tədbir təşkil etdi

Noyabrın 7-də Yasamal rayon MKS-i uşaqların sevimli yazıçısı Gülzar İbrahimovanın təsis etdiyi “Sehirli dünya” uşaq jurnalının 1 yaşı münasibətilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir təşkil etdi. Tədbirdə Xalq şairi İlyas Tapdıq, tarix elmləri doktoru, professor, şair Şahin Fazil, direktorlar şurasının sədri, Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova, “Azərbaycan Uşaq Ədəbiyyatı” dərsliyinin müəllifi professor Qara Namazov, orta məktəb şagirdləri iştirak edirdilər.

...ardını oxu

Yazıçı Gülzar İbrahimova ilə görüş keçirilib

Aprelin 23-də Suraxanı rayon MKS-in 1-ci filialında “Bala dili” jurnalının baş redaktoru, uşaq yazıçısı Gülzar İbrahimova ilə uşaqların görüşü keçirilib. Kitabxanadan verilən məlumata görə, tədbirdə Suraxanı rayonunda yerləşən 87 saylı orta məktəbin şagirdləri iştirak edib.

...ardını oxu

Yazıçı Gülzar İbrahimova ilə məktəblilərin görüşü keçirilib

Bu gün Respublika Kitab klubu Bülbül adına orta-ixtisas musiqi məktəbi uşaqlarının yazıçı Gülzar İbrahimova ilə görüşünü keçirib. Görüşdə tanınmış uşaq yazıçısı Oqtay Rza çıxış edərək yazılarını \"Gülzar nənə\" təxəllüsü altında yazan Gülzar ibrahimova yaradıcılığının uşaq ədəbiyyatı üçün əhəmiyyətindən danışıb.

...ardını oxu