Dişlərin sənə ağ görünmür?, güzgünün qarşısında durub üzünə kömür sürt!
*****
Uşaqlar rəsm muzeyindədirlər. "Çəkməli pişik" rəsminə baxan soruşur:
- Şəklin adı "Çəkməli pişik" dir, amma pişik yoxdur.
- O çəkmənin içindədir.
Müəllimə məktəbdə özünü pis aparan şagirdinin evinə gəlir. Qapını şagird özü açır. Müəllimə soruşur:
- Anan evdə?
- Yox, hələ gəlməyib.
- Bəs atan?
- O da gizlənib.
- Iki it ət dükanına girmək istəyəndə qapıda yazı oxuyurlar: “itlərin girməsi qadağandır!”
Ayaq saxlayırlar. Biri o birinə deyir:
- Nə olacaq, gəl girək!
- Yazını görmürsən?
Kim bilir ki, biz oxumağı bacarırıq?
Üç gopçu siçan söhbət eləyir:
- Neçə dəfə olub ki, siçan dərmanı yemişəm, mənə heç nə olmayıb!
- Mənə neçə dəfə daş vurublar, yenə sağ qalmışam!
- Gedim həyətdəki iti qovum, gəlim!
Qadın toyuğu səbrlə, xırda-xırda doğrayır. Səhərdən ona baxan Tutuquşu deyinməyə başlayır:
- Bəlkə bəsdir? Elə bil dəhşətli filmə baxıram!
Div dəllək işləyir. Üçbaşlı əjdaha onun yanına gəlib deyir:
- Saçlarımı düzəlt, sağ tərəfdəki başımın da birini kəs!
- Niyə?
Hər dəfə futbol olanda dava düşür. Biri Qalatasaraya azarkeşlik edir, İkisi Beşikdaşa, bezmişəm!
- Ata, olar, gedim qoluma tatuirovka vurdurum?
Uzağa niyə gedirsən, qayışı gətir, özüm vurum!
Sehrbazlıqdan imtahan gedir.
Müəllim tapşırıq verir:
- Elə et ki, xadimə başı üstə gəzə-gəzə girsin içəri, ayaqlarının üstündə də nağara!
Şagird bir xeyli fikirləşir, başını qaşıyır, susur.
Müəllim:
- Hazırlaşmamısan, get, gələn il gələrsən!
Bir il keçir. Tərslikdən yenə həmin müəllim imtahan götürür, həmin sualı verir:
- Elə et ki, xadimə başı üstə gəzə-gəzə girsin içəri, ayaqlarının üstündə də nağara!
Bu vaxt xadimə girir içəri, başı aşağı, ayaqlarının da üstündə piano.
Müəllim təəccüblə:
- Bu nədir belə?
Başa düşün, nağara yoxdur məndə, yoxdur! Xahiş edirəm başqa sual verin!
- Keçən ad günündə neçə yaşın var idi?
- Səkkiz!
- Gələn ad günündə neçə yaşın olacaq?
- On!
- Otur, adi hesabı bilmirsən! İki alırsan!
- Niyə müəllim! Bu gün ad günümdür axı!
Qız yazısını dayandırıb anasından soruşur:
- Ana, düzünü de, mən necə anadan olmuşam?
- Səni uşaq bağçasından götürmüşük!
- Bəs sən necə anadan olmusan?
- Məni çəmənlikdən tapıblar!
- Bəs nənəmi də çəmənlikdən tapıblar?
- Yox onu Qartal dimdiyində gətirib!
Bizim nəsildə qızlar arasında üç nəsildir ki, normal qız uşağı anadan olmayıb!
- 5 alırsan, gündəliyini gətir!
- Gündəliyim evdə qalıb!
Yan partadan səs gəlir:
- Deynən tapdım, mənimkini apar!
- Sən düz deyirsən, dərs oxumaqda elə özümə oxşamısan! Ona görə də necə ki mənim atam məni qayışla “əhsən” deyirdi, mən də eləcənə sənə “təşəkkür” edəcəyəm!
*****
- Axır ki Nizami Gəncəvinin poemasını tapıb oxudum! Çox maraqlıdır!
- Nədəndir?
- Heç, Xeyirə şər atırlar, zindana salırlar. ömrünün axırına qədər zindznda qalır.
- Həmişə dərsdən qaşqabaqlı gəlirsən, bu gün nədənsə kefin yaxşıdır, deyəsən evə az tapşırıq veriblər!
- Heç verməyiblər!
- Nə əcəb?
- Kimya dərsində bomba düzəltmişdik!
- Sonra nə oldu?
- Müəllim çatdırmadı evə dərs versin!
Müəllim təəssüflə şagirdə:
- Axı sən mənə söz vermişdin!
- Darıxmayın müəllimə, yenə söz verərəm!
- Kənan, yumurta və cücə sözlərindən cümlə qur!
- Uzun müddətdir ki, alimlər elmi araşdırmalar aparıblar, amma heç bir nəticəyə gələ bilməyiblər ki, cücə ilk yaranıb, yoxsa yumurta!
Balıqçı Nil çayında tilovla balıq tutur. Bir saat oturur, iki saat oturur, tilova balıq düşmür. Timsah isə o tərəfə üzür, bu tərəfə üzür, nəhayət dil açıb insan kimi danışır:
- Yaman istidir!
- Düzdür, yaman istidir! – Balıqçı cavab verir.
- Balıq da yoxdur!
- Yoxdur!
- Bəlkə bir az soyunub üzəsən?
- Atan sənə ad günündə nə hədiyyə elədi?
- Dörd dənə sapand (raqatka)
- Zarafatı burax ciddi soruşuram.
- Zarafat eləmirəm, atam bu rayonda yeganə şüşə ustasıdır.
Soyuq Antraktidada Pinqvinlər ailəsi buzda gəzişirlər. Bala Pinqvin atasından soruşur:
- Ata, niyə insanlar bizi səfeh adlandırırlar?
- Necə yəni?
- Deyirəm niyə insanlar bizim ağıldan kəm olduğumuzu düşünürlər?
- Nə mənada?
- Ata, niyə insanlar düşünürlər ki Pinqvinlər ağılsızdırlar?
- Başa düşmədim səni...
- Nəisə Ata, yaxşısı budur gedib çimək.