Səhvim nə imiş

Müəllif: Gülzar İbrahimova

Ura..a…a! İtimiz Alabaş balaladı!

Balaca balalar elə qəşəng idilər ki… Özü də nə az, nə azacıq, dörd dənə.

Küçüklər sevincək o tərəf, bu tərəfə qaçırdılar. Tez zəng elədim dostlarıma - Anara, Vüqara, İlqara, Şahlara. Eşidən kimi sevincək gəldilər bizə. Evimiz darısqal olduğundan küçüklərdən hərəsini bir dostuma bağışladım. Elə sevindilər ki… Özümə isə ən qəşəngini və cəldini saxladım. Ona əmziklə süd içizdirdim.

Axşam atam işdən gəldi. Mən olanları ona danışdım. Atam mənə diqqətlə qulaq asdı və dedi:

- Sən mənə düzünü de, nəyi isə səhv salmısan!

Mən çaşıb-qaldım. Yalan danışmağı xoşlamırdım. Səncə mən nəyi səhv salmışdım?