Bəs səncə?

Müəllif: Gülzar İbrahimova

Anası deyir Totuşun ağzında cəmi 12 dişi var. Totuş isə hər gün dişlərini fırçalayır. Böyük qardaşından öyrənib. Özü də gündə iki dəfə fırçalayır.

Qardaşı ona bir dəfə deyib:

- Bax, dişləri hər gün fırçlamayanda balaca qurdlar girir dişlərin arasına dişləri xarab eləyir. Dişlər xarab olur, düşür, adam qalır dişsiz.

Düzdü, qardaşı balaca qurdları özündən uydursa da ona dişini təmiz saxlamağı öyrətmişdi.

Səhər duran kimi Totuş qaçır vanna otağına. Fırçanı alır əlinə. Əvvəl üstdəki 12 dişini, sonra isə altdakı 12 dişini tərtəmiz fırçalayır. Totuş bundan sonra 8 diş çıxartsa məncə onun 32 dişi olacaq. Bəs səncə?