Nağıllar və Hekayələr

Şən Ayşən

Dənizin sahilində bir balıqçı ailəsi yaşayırdı. Baba nənə və balaca, qəşəng qız Ayşən. Baba hər gün balıq tutar, nənə balıqdan dadlı yemək bişirərdi. Sonra yeyər, içər, deyib-gülər, şənlənərdilər. Bu balaca daxmadan çıxan gülüş səsi aləmi götürərdi.

...ardını oxu

Hörmətli Zürafə!

Bir Cəngi meşəsində bütün heyvanlardan var idi. Burda sultan ağıllı Şir şah idi deyə, heç bir heyvan bir-birinə dəyməz, hamı mehriban dolanardı. Bir gün bu meşəyə Afrikadan bir Zürafə köçüb gəldi. Gəldi deyəndə, onu sirk üçün alıb gətirmişdilər. Sirkdə heç bir tamaşada oynaya bilmədi, qəfəsdə də darıxdı, gətirib meşəyə buraxdılar.

...ardını oxu

Küpəgirən qarının nəsihətləri

Nəvəsi Nənəgül Küpəgirən qarıya deyir: - Nənə, sinif yoldaşlarımın hamısı özünə sənət seçib, bilmirəm mən hansı peşəyə yiyələnim ki, gələcəkdə əziyyətsiz çoxlu pulum olsun. Qalmışam fikirləşə-fikirləşə. Kömək elə, neyləyim?

...ardını oxu

Sehrli Əjdaha

Ayaz adlı bir oğlan var idi. O, “Sehrli Dünya” jurnalını çox xoşlayardı. Hər dəfə poçtalyon qapını döyüb, “Sehrli Dünya” gətirmişəm!” deyəndə Ayaz “Uraaaa!”, deyə sevindiyindən qışqırardı. O, jurnaldan əvvəl hədiyyəni açıb-oynadar, sonra jurnala baxardı

...ardını oxu

Yeni il sirri

Emin hər dəfə “Sehrli Dünya” jurnalı alanda çox sevinirdi. Bu dəfə Yeni il jurnalı gəlməli idi, amma bayrama bir neçə saat qalsa da, jurnal hələ gəlib çıxmamışdı. - Görəsən jurnal niyə gecikir? ‒ Deyə, Emin düşünürdü ki, qapının zəngi çalındı. Gələn dostu Gülcan idi. O həm Eminin sinif yoldaşı, həm də qonşusu idi. Onlar hər il Yeni il bayramını bir yerdə keçirirdilər.

...ardını oxu

Tərs siçan

Məti ilə Çəti adlı bacı-qardaş siçanlar var idi. Bu siçan bacı-qardaşlar bir-biriləri- ni çox istəyirdilər, amma tez-tez küsüşürdülər. Ən çox günah Çətidə olurdu. Kiçik olsa da, bacısını eşitmək istəmir, onu tez-tez hirsləndirirdi:

...ardını oxu

Salam, əziz qonşu!

Biri var idi, biri yox idi, bir Tülbəy adlı tülkü, onun Tülxanım adlı arvadı, Tülşan və Tülcan adlı oğlanları var idi. Onların evi çox köhnəlmişdi. Tülbəyin isə iş görməkdən xoşu gəlmədiyindən ev günü-gündən sökülüb-tökülürdü. O, səhərdən axşama qədər çayxanada oturub boş-boş danışar, yalanla, böhtanla qonşuları bir-biri ilə savaşdırardı.

...ardını oxu

Gülzar nənə ilə Güvəquşunun macəraları

Çoxdandır nağıl yazmıram. Soruşacaqsan niyə? Evimə Güvəquşu girib. Deyəcəksən: “Girib, girib də, qov getsin, sonra nağılını yaz. Amma bu sən düşündüyün qədər də asan deyil. Bu Güvəquşu elədir ki, onu qova da bilmirsən, bayıra sala da bilmirsən. Qoy əhvalatı sənə əvvəldən danışım.

...ardını oxu

Yaz yağışı

Sən demə, Nağıllar dünyasında yaz daha gözəl olurmuş. Hər tərəf gözəlləşir. Ağaclar yaşıllaşır. Çiçəklər açır. Təbiət başına güldən, çiçəkdən çələng hörüb qoyur. Yazda hərə bir işlə məşğul olur. Yazın gəlişinə sevinən hər kəs baharı öz qaydası ilə qarşılayır. Kimi əkin əkir. Kimi ev-eşiyi yığışdırır, kimi toz-torpağı təmizləyir, kimi evinin divarını ağardır. Bir sözlə, hərə bir iş görür.

...ardını oxu

Kinoçəkənlər və nazir oğlu

- Nənəm üçün darıxmışam! - Mən də, anan da nənə üçün darıxmışıq, amma işi qoyub kəndə getmək olmur. - “Kənd uzaqdır, gedəndə bir günə qayıtmaq olmur,” deyən ana da ata deyəni dedi. - Özüm gedərəm, uşaq deyiləm ki. – Əli təklif verdi.

...ardını oxu

Necə oldu ki, Cırtdan Ayı xilas etdi

Biri var idi, biri yox idi, bir Cırtdan var idi. Cırtdan o Cırtdan idi ki, dostlarını Divin əlindən qurtarmışdı. O Cırtdan idi ki, Küpəgirən qarı ilə İfrit onun əlindən təngə gəlmişdilər. Bu dəfə Cırtdan elə bir qəhrəmanlıq elədi ki, bütün dünyanı qaranlıqdan xilas elədi. İnanmırsan? Onda eşit! Gör, nağıllar dünyasında nələr olur...

...ardını oxu

İtmiş hədiyyələr

Hər il, Yeni ildə Küpəgirən qarı ilə İfrit bikef olurlar. Onların xoşlarına gəlməyən bir şey varsa, bu da uşaqların gülüş səsidir. Bu səsdən başları ağrıyır, təzyiqləri qalxırdı. Küpəgirən qarı adəti üzrə deyinməyə başladı: - Baş-qulağım getdi! Uşaqlar səhərdən “Şaxta baba” deyib, qışqırışırlar! Bircə bu Şaxta baba gəlsəydi, səsləri kəsilərdi!

...ardını oxu

Bayram kökəsi

- Bu gün bayram axşamıdır. Yeni ilə hazırlaşmaq lazımdır. Biz bazara gedirik, - Ata dovşan dedi. - Özünüzü ağıllı aparın, dəcəllik eləməyin!- Ana dovşan uşaqlarına tapşırdı. Onlar Yeni il hədiyyələri almaq üçün bazara yollandılar.

...ardını oxu

Baba,Pişik və Siçanlar

Biri vardı biri yoxdu, bir qoca Baba vardı. Baba kənddə, balaca evində tək yaşayır, darıxırdı. Babanın mehriban qonşuları vardı. Babanın toyuqları da vardı, amma baba onlarla danışanda yerdən soxulcan axtarırdılar, baba da hirslənir, çıxıb gedirdi.

...ardını oxu

Qəribə xəstəlik

Kamran adlı bir oğlan var idi. Kamranın 4 yaşı olmasına baxmayaraq anasına elə gəlirdi ki, o lap balacadır. Balaca qaşıqla Kamranı yedizdirir, həyətə düşəndə əlindən möhkəm tutur, paltarlarını da özü geyindirirdi. Kamran da elə bilirdi ki, bu belə də olmalıdır. Amma bir gün elə bir hadisə baş verdi ki...Qulaq asın, danışım.

...ardını oxu

Dovşanovlar sirkdə

- Sirk gəlir, - deyib bütün balacalar həyətə qaçdılar ki, sirkin rəngli faytonlarını görsünlər. Sirkə gedən yol Dovşanovlar ailəsinin düz evlərinin qarşısından keçirdi. Balacalar yuxudan tez durmuşdular ki, sirkin rəngli faytonlarına baxsınlar. Amma evdən çıxanda yalnız Kenquru sürən axırıncı qırmızı faytonu görə bildilər. Balalar bikef-bikef faytonun arxasınca əl elədilər.

...ardını oxu

Dovşanovlar ailəsi

Dovşanovlar ailəsi tərəvəzi sevir, əkib-becərməyi də xoşlayırlar. Onların böyük bostanı, dörd dovşan balasının hərəsinin öz əkin sahəsi var. Hərə də istədiyini əkir. Təkcə sonbeşik dovşan Ayşandan başqa. Hamı onu çox istədiyindən Ayşan ərköyünləşmişdi.

...ardını oxu

Qarğa ilə Ceyranın dostluğu

Biri var idi, biri yox idi, bir Qara Qarğa var idi. Qarğanın çox pis xasiyyəti olduğuna görə onu heç kim sevmirdi. Qarğa bir gün fikirləşib qərara gəlir: “Elə bir dost tapmalıyam ki, ona görə məni sevib hörmət eləsinlər”. Qarğa çox arayıb-axtardıqdan sonra Ceyranı seçir.

...ardını oxu

Sindbadın nağılı

Biri vardı, biri yoxdu, Sindbad adlı bir oğlan vardı. Sindbada atasından çoxlu var-dövlət qalmışdı. O, pulunu, qızılını istədiyi kimi xərcləyir, özü bir iş görmək istəmirdi. Bir gün Sindbad səyahətə çıxmaq, dünyanın möcüzələrini görmək qərarına gəlir. Bunun üçün çoxlu pul lazım idi. Amma onun pulu az qalmışdı.

...ardını oxu

Kəndli və Şəhərli

Bir dəfə kəndli siçan Şəncan şəhərdə yaşayan dostu Cancanı qonaq çağırdı. Cancan maraqla kəndə gəldi. O, heç vaxt kənddə olmamışdı.

...ardını oxu

Əjdahalar şahzadəsi

Bir balıqçı oğlan var idi. Adı Toşi idi. Hə, hə, Toşi! Çünki yapon idi. Elə bu hadisə də Yaponiyada baş vermişdi. Toşi dərs oxumur, yazı öyrənmirdi. Həmişə xəzinə axtarır, şahzadə olmağı arzu edirdi. Bir dəfə Toşi yenə dəniz kənarına gəlib qarmaq atdı ki, balıq tutsun.

...ardını oxu

Küsəyənlər

Biri vardı, biri yoxdu, Çiçək adlı qəşəng bir qız vardı. O, yatmağı çox xoşlayırdı. Çiçəyin üç qoyunu var idi. Adları beləydi: Qoyun, Moyun, Oyun. Çicək həmişə qoyunları otarmağa aparanda onları otlağa buraxar, özü isə şirin-şirin yatardı.

...ardını oxu

Kəpənəyin nağılı

Biri vardı, biri yoxdu, bir Tırtıl vardı. Bu Tırtıl bütün günü güzgüyə baxıb deyirdi: - Görəsən, neyləsəm, hamıdan gözəl olaram? Hansı paltarda qəşəng görünərəm? Saçlarımı nə cür yığsam, mənə çox yaraşar? Necə yerisəm, hamı mənə baxar? “Gözəllik ondur” deyiblər, amma doqquzu dondur.

...ardını oxu

Günah kimdədir

Biri vardı, biri yoxu, bir Maşınlar ölkəsi var idi. Bu ölkədə yalnız maşınlar yaşayırdı. Onlar bütün yol qaydalarını bilir, qanunlarına hörmətlə yanaşır, bir-birlərinə hörmət edir, yol verirdilər.

...ardını oxu

Sənə inanırıq

Biri vardı biri yoxdu, balaca bir ölkə var idi. Bu ölkədə bir nazir yaşayırdı. Nazirin balaca, ağıllı bir qızı var idi. Atası və anası istəyirdilər ki, onların qızı işgüzar və ağıllı olsun. Ona görə də həmişə ona iş tapşırırdılar. Məsələn, nazir qızı Güllü hər səhər çiçəklərə qulluq edir, onlara özü baxırdı. Hər səhər atasna da, anasına da özünə də meyvə şirəsi çəkirdi. Özü geyinir, saçlarını özü darayır, dərslərini də kömək olmadan özü oxuyurdu. Maşın yolunu tək keçə bilirdi.

...ardını oxu

Şahzadə və Cırtdan

Biri vardı, biri yoxdu, bir şah vardı. Uzun illər şahın övladı olmurdu. Amma günlərin bir günü şah sevindi. Onun qəşəng bir qızı oldu. Ona qırx dayə ayırdılar ki, tərbiyə eləsin. Qırx həkim ayırdılar ki, sağlam böyüsün. Şah bir an da olsa qızından ayrı qalmırdı. Qulluqçular qızın başına dolandıqca şahzadə ərköyünləşir, sözə baxmırdı. On iki yaşı olmağına baxmayaraq oxumur, şıltaqlığından yazmaq öyrənmirdi.

...ardını oxu

Fidan, Küpəgirən qarı və Sehrli timsahın nağılı

Fidan adlı balaca bir qız var . Bir gün qızın nənəsi xəstələnir. Fidan soruşur: - Nənə, neyləsəm sağalarsan, səni öpsəm sağalrsan? - Yaxın gəlmə, xəstəliyim sənə keçər! Zoğal çayı içsəm sağalaram! - Baş üstə nənə, indi sənə zoğallı çay verərəm!

...ardını oxu

Cırtdanla Üçbaşlı əjdahanın nağılı

Biri vardı, biri yoxdu, balaca bir oğlan vardı. Balaca oğlan o qədər çoxbilmiş idi ki, çoxbilmişliyindən boyu balaca qalmışdı. Boyu da o qədər balaca idi iki, adına Cırtdan deyirdilər. Cırtdan boyda balaca olsa da ağılda böyük idi. Bu balaca oğlan o oğlan idi ki, ağlı ilə Divə qalib gəlmişdi. Bu Cırtdan o Cırtdan idi ki, qorxulu İfritə kələk gəlib onu quyuya salmışdı.

...ardını oxu

Əsl insan necə olmalıdır

Sinifdə sakitlikdi. Uşaqlar “Əsl insan necə olmalıdır” mövzusunda inşa yazırlar. Lalə ilə Rəşad yanaşı oturub. Lalə əlaçıdır. O, tez inşanı yazır. Yarıya çatanda Rəşaddan soruşur: - Niyə yazmırsan?

...ardını oxu

Şaxta babanın nağılı

Biri vardı, biri yoxdu, Səməd adlı tənbəl bir oğlan vardı. Səmədin heç nə vecinə deyildi. Evdə heç bir iş görməz, valideynlərinə kömək eləməzdi. Yeni il bayramında hamı bayrama hazırlaşırdı. Ana salat düzəldir, ata stolu, stulları evin ortasına çəkirdi. Onlar bir neçə dəfə Səmədə də iş tapşırdılar, amma o, kömək eləmək əvəzinə deyindi: - Mən qızam, iş görəm... Qızlar iş görər.

...ardını oxu