Neçə illərin arzusu

Müəllif: Gülzar İbrahimova
Mayın 11-də atletləri təntənə ilə qarşılama tədbirində ¬iştirak etmək üçün bir qrup jurnalistlə birgə Atletlər kəndinə yollandıq. Vaxta hələ çox qaldığından ev sahibi kimi xarici həmkarlarımla söhbətə başladım. Seçdiyim mövzu ilə bağlı onlara sülh məramlı bir neçə sual verdim: 
Suallar: 
 
-  Sizinlə kolleqa və həmrəyəm. Biz, hamımız Beynəxalq birlik və sülh yarışmasındayıq. Bir mediya nümayəndəsi olaraq, məqsədimiz sülh çağırışlı  həmrəylik tədbirini işıqlandırmaq, sağlam düşüncələri, təmiz niyyətləri dünya auditoriyasına çatdırmaqdır.  Bax burdan, bu an dünyaya  sülh mesaji göndermek isteseydiz ne deyerdiz? 
 
- Müharibə uşaqların arzusunu dəyişdirir. Sizcə  müharibənin dəhşətlərinin görmüş uşaq bir zaman xoşbəxt ola bilərmi? Necə düşünürsüz? 
 
- Bircə günlük dünyaya hakim olsaydız, həmin 24 saatın  ən çox zamanını nəyə həsr edərdiz? 
-  Fərz edək ki, bu Həmrəylik  tədbirində hərəmizə bir hava balonu verib deyiblər: "Ürəyinizdən keçəni yazın bu balonun üstünə, buraxın havaya! Nə yazardız?".
Cavablar: 
 
- Əlbəttə yazardım: "Dünyaya sülh, sülh və yenə də sülh!
- İslam həmrəyliyi oyunları dünyaya sülh məsajidir!
- Dünya bir ailədir. İnsanlar da övladları. Mütləq hamı bir yerdə, mehriban yaşamalıdır. Başqa  yol yoxdur. 
 
- Neçə illər bundan öncə dünya xalqları sülh içərisində yaşayıb. Çünki, dünya ölkələri sülhə dəstək olur və onu qoruyurdular. Arzum budur ki, dünya üzərində yenə də sülh bayrağı dalğalansın.
Cavablar çox maraqlı oldu. Amma müxtəlif cavablar arasında nəticə etibarı ilə məqsədlər, arzu-istəklər eyni oldu: "İnsanlara mehribanlıq, dünyaya sülh, həmrəylik".
 
Jurnalistlərdən biri bikef halda bir küncdə oturmuş, heç bir söhbətə qarışmırdı.  "Ev sahibi" kimi biganə qalmayıb  maraqlandım. Səbəbini soruşanda cavab verməyib telefonundakı şəkilləri çevirdi. Mən də gördüm. Dağıdılmış evlərin acısından qəlbim acıdı.  Şəkillərin arasından bir körpə məsum baxışlarla baxır, sanki yalvarır, kömək istəyirdi. Günahkarcasına həmkarımın qarşısında diz çöküb gözlərinə baxdım, əlini əllərim arasına aldım. O, nə demək istədiyimi, dərdinə, acısına şərik olduğumu sözsüz başa düşdü. Üzündə ümid təbəssümü yarandı. Gözünün yaşardığını gizlətmək üçün üzünü yana çevirdi. Sonra xahiş elədi ki, yazımda ölkəsinin adını çəkməyim. Sınıq qəlbli həmkarımın xahişini əlbəttə yerinə yetirdim. Tanrıdan ölkəsinə sülh dilədim. Neçə illərdir ki, arzuladığım kimi...  
 
- Bu gün burdan dünyaya hansı sülh məsajini göndərmək istərdiz?