Hədsiz sevinc

Müəllif: Gülzar İbrahimova
IY İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançılar və qonaqlar Atletlər kəndində rəsmi və bədii hissəli tədbirlə qarşılandı. Atletlər kəndinin Bayraq meydanı oyunlarda iştirak edəcək islam ölkələrinin bayraqları ilə bəzədilmişdi. Rəsmi çıxışlar  bitdikdən sonra bədii hissə də çox maraqlı keçdi. Qonaqların çöhrələrindən xoşbəxtlik saçırdı. Demək olar ki, hamı rəqs edir, yallı gedirdi. Hətta havanın birdən dəyişməsi, qopan külək, yağan yağış heç kəsin sevincini əlindən ala bilmədi. Sanki hamı bu görüşü - bu tədbiri illərlə gözləyirmiş.
 
Azərbaycanın ürəyinin oduna alovlanmış "Məşəl" meydanı elə isitmişdi ki, onun istisini buzla da soyutmaq mümkün deyildi. İdmançıların vaxt məhdudiyyəti ilə bir saata planlaşdırılmış tədbir iki saatdan da çox davam elədi. Həmrəylik ocağı hamını mehribanlaşdırmışdı. Çöhrələrdəki xoşbəxt ifadələrin ürəkdən qopduğu şəkillərdən oxunur. Sözün təsiri nə qədər güclü olsa da, bu tədbirdə meydandan çəkilmiş şəkillrdən hamının hədsiz sevinən görüntüləri daha güclüdür.