Respublika Texniki Yaradıcılıq mərkəzində yazıçı Gülzar İbrahimova ilə görüş

Müəllif: Gülzar İbrahimova

Novruz bayramı münasibətilə 2016 -cı il martın 15-də Respublika Texniki Yaradıcılıq mərkəzinin istedadlı şagirdləri səhnələrində maraqlı uşaq tamaşası oynadılar.
Yazıçı Gülzar İbrahimovanın “Qırmızıyanaqla Qırmızıpapağın nağılı” əsasında qoyulmuş tamaşa əsasən məktəbəqədər təhsil müəssisələri və orta məktəb şagirdləri üçün hazırlanmışdı.

Nağılın süjet xətti maariflənmənin, mütaliənin əhəmiyyətindən bəhs edir.

Yaradıcılıq Mərkəzinin rəhbəri və tədbirin təşkilatçısı Əminə xanım Musayeva tədbir iştirakçılarını həm çıxışı, həm də rəhbəri olduğu “Təbəssüm” rəqs ansamblının ifa etdiyi gözəl rəqslərlə hamının bayramını təbrik etdi.

Nağılı yüksək səviyyədə, rəngarəng karnaval kostyumları ilə, maraqla oynadıqlarına görə müəllif Gülzar İbrahimova tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlıq bildirdi. Bütün çıxış edənlərə müəllif tərəfindən xatirə olaraq hədiyyə verildi.