Ə.Vahid adına kitabxanada yazıçı Gülzar İbrahimova və Sevinc Nuriqızı ilə görüş

Müəllif: Gülzar İbrahimova

 2016 il Martın 16-da Ə.Vahid adına kitabxanada uşaq yazıçıları Gülzar İbrahimova və Sevinc Nuriqızı ilə görüş keçirildi. Tədbirdə 173 saylı məktəbin şagirdləri iştirak etdilər. Məktəblilər görüş keçirdikləri yazıçıların əsərlərindən nümunələrlə çıxış edərək, səhnəciklər nümayiş etdirdilər. Bir-birini sevən yazıçı və oxucular çaldılar, oynadılar, Novruzu bir qarşıladılar.

İştirakçılar sevdikləri yazıçılardan Novruz payı aldılar. Novruz payı isə yazıçıların yenicə çapdan çıxan bahar təbiətli jurnal və yeni kitabları oldu.