2 fevral 2016-cı il Bakı İstedadlar Təhsil Kompleksi

Müəllif: Gülzar İbrahimova

Fevralın 2-də 2016-cı ildə Bakı İstedadlar Təhsil Kompleksinin bağça və məktəbəqədər təhsil bölməsinin uşaqları Gülzar nənə üçün darıxıb, növbəti dəfə onu qonaq çağırmışdılar. Gülzar nənə də eləmədi tənbəllik, kələğayısını başına örtdü, güllü, yamaqlı tummanını çirmələdi, düz yollandı balaca balaların yanına. Nənə və nəvələr əl-ələ tutdular, yollandılar sehrli nağıllar dünyasına. Nağıllar dünyasında əjdaha ilə rastlaşdılar, tülkü ilə dostlaşdılar, canavarla savaşdılar, Cırtdanla zarafatlaşdılar, balıqçının evində qonaq qaldılar, axırda da sağ-salamat, kefləri kök, damaqları çağ, nağıllar dünyasından qayıtdılar.