Balaca ziyankar

Müəllif: Gülzar İbrahimova

Qışda yox, yayda olar,

Adında altı söz var.

Hər evə gedər qonaq,

Özünə seçər otaq.

Heç vaxt sevməz işığı,

Xoşlayar qaranlığı.

  

Fırıldaqçıdır yaman

Adamlar yatan zaman,

Yorğan altına girər,

Yatanı bərkdən dişlər.

Sonra da elə itər,

Sanki qeybə çəkilər!

 

Oyanarsan yox olar, Yuxulasan qayıdar.

Hamını hirsləndirər,

Sonra qaçar gizlənər!

Deyin, necə adlanar,                 

Bu balaca ziyankar?

 

(cavab: ağcaqanad)

 

şeir - uşaq şeiri - kiçik yaşlı uşaqlar üçün şeir