Qəssab və oğru

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

Bir qəssab ət satırdı. Bir oğru göz-gözə vurub onun pullarını oğurlayır. Qaçmaq istəyəndə qəssab bunu görür və oğrunu tutub qazinin yanına gətirir. Qəssab deyir:

- Adil hakim! Elə edin, oğru pullarımı qaytarsın!

- Yalan deyir, başına dönüm, adil hakim! Heç məni oğruya oxşadırsan? Pullar özümündür, istədim bu qəssabdan ət alam, yapışdı yaxamdan ki, bütün pullar mənimdir. Qaytarmalısan, yoxsa şikayət edəcəyəm!

Hakim nə qədər sorğu-sual elədi, bir qərar çıxara bilmədi. Çünki onların hər ikisi elə ürəkdən danışıb and içirdilər ki, ayırd eləmək çətin idi: Kim oğrudur, kim doğru?

Hakimin bir ağıllı uşağı var idi. O, atasına elə bir yol göstərdi ki, oğru o saat tapıldı. O hansı yol idi?

 Cavab:

Ağıllı uşaq pulları suya saldı. Suyun üzərinə yağ yığıldı. Ondan da başa düşdülər ki, pullar qəssabındır.