Necə oldu, Anaş toyuq Toplanla dostlaşdı..

Müəllif: Gülzar İbrahimova

Alabaşın Toplan adlı balaca balası vardı. Toplan hər gün süd içir, anasının yanında tənbəl-tənbəl yatırdı. Anası Alabaş həyətdə göz-qulaq olur, yad adam həyətə girən kimi qovurdu. Sahibi hə-mişə Alabaşı tərifləyirdi. Toplan istəyirdi ki, o da elə iş görsün ki, onu da tərifləsinlər. Amma bilmirdi neyləsin. İstiyirdi Anaş toyuğun cücələri ilə oynasın, Anaş toyuq hirslə qaqqıldayıb onu qovurdu.

Bir dəfə Toplan küçədə oynayırdı. Bu vaxt Anaş toyuq yanında da səkkiz balası onun yanından keçib getdilər. Toplan onların arxasınca baxırdı. Bu vaxt yoldan bir yük maşnı keçirdi. O, toyuğu və cücələri yolda görüb bərkdən siqnal verdi. Anaş toyuq və balalar qorxudan hərəsi bir yana qaçdı. Maşın gedəndən sonra isə yenə də yollarına davam elədilər. Amma indi onların sayı azalmışdı.

Cücələrdən üçü açıq qalmış kanalizasiya quyusuna düş-müşdülər. Quyu çox dərin olmasa da, ordan çıxa bilmədilər.
Anaş toyuq balalarının azaldığını görüb, onların səsinə qayıtdı. Kanalizasiya quyusunun üstündə durub qaqqıldamağa, kömək çağırmağa başladı. Quyudakı cücələr boyunlarını analarına tərəf uzadıb civildəşir. Ondan kömək istəyirdilər ki, quyudan çıxsınlar. Ana isə heç nə edə bilmir, yalnız həyə-canla qaqqıldayırdı. Toplan bunu uzaqdan görən kimi tez qaçıb gəldi, özünü quyuya atdı. Cücələr qorxub quyunun divarına sığındılar. Toplan zingildəyib düz quyunun ortasında oturdu. Bir azdan cücələr sakitləşib Toplanın belinə hoppandılar, ordan da tullanıb quyudan çıxa bildilər.

Həmin gündən Anaş toyuq Toplanla dostlaşdı.