Bizim Heydər Babamız!

Müəllif: Gülzar İbrahimova

Heydər babanın nəsihətləri

- Qonaq, sən çox mehribansan,

De, hansı diyardansan?

Elmini hardan almısan,

Ki, bu cür savadlısan?

 

Danışırsan neçə dildə,

Xəbərin var hər bir elmdən.

İşi kimdən öyrənmisən,

Ki, belə zəhmətkeşsən?

 

- Adlanır "Azərbaycan"

Doğulduğum gülüstan!

Torpaqları bərəkətli,

İnsanları mehriban!

 

Olub mənim bir nurani,

Müdrik bir Heydər babam.

Mənə nəsihət eləyib,

Həyat yolu göstərib.

 

Deyib: "Yalnız elm ilə

Ucalar hər bir insan!"

Yol göstərib: "Zəhmət ilə

Gözəl yaşayar adam!".

 

Kim əməl edərsə əgər,

Müdrik nəsihətinə,

Xeyir tapar həmişə,

Düşməz heç vaxt çətinə!

 

Mən də belə edirəm,

Müdriki eşidirəm.

Babam göstərən yolla

Gələcəyə gedirəm!

 

 

Ulu Öndər

Əlamətdar bir gündə,

Bir məktəb həyətində,

Böyük tədbir var idi

Şagirdlər şeir deyirdi.

 

Gördüm sırada bir uşaq

Əlində tutub bayraq.

Şeir deyir məğrur-məğrur,

Üzündə var mərdlik, qürur.

 

Hər dəfə deyəndə "Vətən"

Bal-yağ tökülür dilindən.

Soruşdum adın nədir?

Dedi: "Adım Heydərdir!".

 

Dedim böyüyəndə sən

Nə peşə seçəcəksən?

Həkim, yoxsa müəllim,

Hansı işi görəcəksən?

 

Dedi: "Əsgər olacağam!

Hər zaman vətənimin

Keşiyində dayanıb,

Onu qoruyacağam!"

 

Dedim: "Şeir deyəndə sən,

Bildim, vətənpərvərsən!"

Dedim: "Afərin oğlan!".

Bir qürur duydum ondan!

 

Vaxt gəldi, keçdi zaman

Böyüdü həmin oğlan.

Elmlidən elm öyrəndi,

Oldu müdrik bir cavan.

 

Dünyanı gəzdi dolaşdı,

Qitədən-qitəyə aşdı.

Vəfalı ilə dost oldu,

Düşmənlər ilə savaşdı.

 

Vətənin dar günündə

Həmişə oldu öndə.

Ona görə xalq ona

Ad verdi: "Ulu Öndər"!

 

 

Heydər babamız oldu

Hər ilin gözəl yazında,

Baharın şən avazında,

Yığışırıq uşaqlarla,

Baş-başa verib quşlarla,

Şən mahnılar oxuyuruq

Çiçəklərdən babamıza,

Əlvan çələng toxuyuruq.

Çələngi Heydər babanın ,

Sevdiyimiz o insanın

Büstü önünə qoyuruq,

Biz sevimli babamızı

Beləcə xatırlayırıq.

O tanıtdı dünyaya

Azərbaycan xalqını.

O verdi yurdumuza

Müstəqillik adını.

Bizə çox əziz oldu,

Heydər babamız oldu! 

şeir - uşaq şeiri - kiçik yaşlı uşaqlar üçün şeir