Alicənablıq

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

 

Bir gün Harun-ər-Rəşid xanımı ilə bağa gəlir. Bağban bostandan üç ədəd nübar xiyar gətirib onlara verir. Xəlifə xiyarları bıçaqla doğrayıb hər üçünü yeyir. Qurtarandan sona bağbana bəxşiş verib yola salır. Xanım soruşur:

- Qəribədir, üç nübar xiyardan bir dilim də mənə vermədin, nə əcəb görəsən?

Xəlifə Harun:

- Xiyarı kəsib ağzıma qoyanda gördüm acıdır. Ona görə özüm yedim. Qorxdum sənə versəm, dadına baxıb, acı olduğunu bildirəsən. Bağban isə ənam almaq istəyirdi. Fikirləşdim, ikinci kəsdiyim xiyar şirin olsa, sənə ondan verərəm. O da acı çıxdı. Üçüncü xiyar isə lap betər idi. Yoxsa, bilirsən ki, bağda, bostanda nə nübar olur, mən səninlə bölürəm...
 Xanımı Harun ər-Rəşidin bu alicənablığın görüb onu lap çox istəməyə başlayır.