Həyat süzgəci

Müəllif: Gülzar İbrahimova

- Həyat süzgəci nədir baba?
- Sənə bir hadisə danışacağam, biləcəksən ki, “həyat süzgəci” nədir!
Məktəbdə dörd dost olur. Bir-birlərinə söz verirlər ki, heç vaxt ayrılmayacaqlar. çətində də, yaxşı gündə də. Məktəbdə son dəfə imtahan verirlər. Bu imtahandan yaxşı çıxsalar attestat alacaqlar, ali məktəbə qəbul ola biləcəklər. Axıra dörd dost qalıb. Elə imtahana girmək istəyəndə Əlinin ayağı elə burxulur ki, topuqdan dəhşətli bir ağrı qopur. Müəllim içəridən çağırır:
- Əli, Kamran, Orxan, Fərhad gəlin bilet çəkin!
Dostlar bir-birinə baxır. Əli İkiqat olub yerə yıxılıb. Onu qaldırmaq, həkimə aparmaq lazımdır. Burda isə imtahan. Onların həyatı, gələcəyi, müqəddaratı həll olur.
Hər kəs bir anda seçim eləməlidir: Nə bilmək olar? Bəlkə elə sonra onlara şans verilmədi. Evdə deyə bilərlər, lap tutaq ki, Əlinin ayağı burxulub. sənin ki ayağın burxulmamışdı, imtahana niyə girməmisən? Bir anlığa seçim edilməlidir. Ya dost, ya imtahan, ya ali məktəb? Ya da ki danlanmaqlar, ali məktəbsiz qalmaq. Fərhad əyilib Əlini qaldırdı. O birilər isə imtahana girdi.
Əli ilə Fərhad ali məktəbdə də dostluqlarını davam elədilər.