Xəbərçinin aqibəti

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

 

Şir şahlıq olduğu meşədə heyvanlar gözəl yaşayardılar. Bircə Tülkü hərdən aranı qatar, yalan danışar, xəbərçilik edər, kiməsə böhtan atar, dava salardı.

Bir gün Şir şah möhkəm xəstələnir. Bütün heyvanlar yığışır, ona baş çəkməyə gəlir. Bircə Ayı qış yuxusuna qaldığından, gec oyanır, şaha baş çəkməyə gecikir. Tülkü yaxınlaşıb Şir şahın qulağına pıçıldayır:

- Hamı gəlib, Ayıdan başqa. Ayı ki, Ayı! Heç vaxt səni saymır.

Ayı uzaqdan görür ki, Tülkü şahın qulağına nəsə pıçıldayır, şah qəzəblənir:

- Ayı nə vaxtdan şahı saymır? Öz başınadır? Onu hüzuruma gətirin!

Ayı Tülkünün ara qatmağından bezmişdi. Qərara gəlir qisas alma vaxtıdır:

- Burdayam, şahım, qəzəblənməyin! Gecikməkdə məqsədim naxoşluğunuzu sağaltmaqdır. Yuxu görürdüm. Yuxuda əks-səda səsi eşitdim. Eşitdim ki, Tülkünün sol ayağından dırnağını çıxardıb dənizə atsanız, azar-bezar sovuşacaq!

Şah sevinir və Ayını bağışlayır. Tülkü ordan axsaya-axsaya qayıdanda özünə söz verir ki, bir də ara qatmayacaq, xəbərçilik eləməyəcək!