Sən necə qəşəngsən, qar!

Müəllif: Gülzar İbrahimova

Təbiətə bax, aman!

Qara bürünüb hər yan

Necə də gözəlsən, qar!

Füsünkarsan, füsünkar!

 

Qar, sənə bir söz deyim,

Sən yaz, yaydan göyçəksən!

Amma heç kəs bilməsin!

Eşidib inciməsin! 

 

Qar, ərimə, gəlirəm!

Dur, paltomu geyirəm,

Hanı mənim əlcəyim,

Ərimə ha, qoy gəlim!

 

Uşaqlar ay uşaqlar!

Çölə çıxın, yağır qar.

Gəlin həyətə düşək,

Xizək ilə sürüşək!

 

Biz qorxmarıq soyuqdan,

Gizlənmərik şaxtadan.

Hansı gün ki yağsa qar,

Xoşbəxt olar uşaqlar!