Sevincin plastilin velosipedi

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

 

- Təzə velosiped istəyirəm! Velosipedim köhnəlib. – Yeni ilə iki ay qalmış Sevinc dedi.

 Bayrama az qalmış qızımız bizə bildirdi ki, bəs velosipedi olmasını hər şeydən çox istəyir. Başımızı itirmişdik, bilmirdik neyləyək. Velosiped almağa pulumuz qalmamışdı. Qızımızın ürəyini qırmaq istəmirdik. Birdən yoldaşımın ağlına belə fikir gəldi:

  - Bəlkə velosipedi plastilindən düzəldim?

Bəhanə də tapıldı: “Deyərik, velosiped elə ucuz deyil. Sən isə böyük qızsan, ona görə yaxşı olar,velosipedi zövqünə görə özün seçəsən!”.

Sonra ata iki saat ərzində xeyli zəhmət çəkib plastilin velosipedin miniatür memarlıq portretini yaratdı. Velosiped qəşəng alındı. Onu hədiyyə qutusuna yerləşdirib, üstünə də belə yazdılar: “Sevinc on günə plastilin velosipedi həqiqi velosipedə dəyişə bilər!”. 

Bayram səhəri həyəcanla gözlədik, görəsən Sevinc qutunu açanda sevinəcək, ya, hirslənəcək? Yoxsa, hədiyyəni mağazada həqiqi velosipedlə dəyişməyi gözləyəcək... 

Nəhayət, Sevinc qutunu açdı, velosipedi gördü. Məktubu ucadan oxuyub soruşdu:

- Deməli, atamın düzəltdiyi velosipedi həqiqi velosipedə dəyişə bilərəm?

- Əlbəttə, ‒ deyə sevincək cavab verdik.

- Yox, mən bu velosipedi heç nəyə dəyişmərəm. Bu, mənə çox əzizdir, axı onu mənə atam düzəldib. Yaxşısı budur, bunu özümə saxlayım, həqiqi velosi-pedsiz də keçinərəm! – Deyəndə Sevincin gözləri yaşardı.

Belə anda biz ona dünyanın ən gözəl hədiyyəsini almaq istərdik.