Evə qayıt oğlum!

Müəllif: Gülzar İbrahimova

(Dahilərdən tərcümə edilmiş)

 

Balaca şəhərdə bir kişi oğlu ilə yaşayırdı. Bir gün ata oğlunu söyüb-danlayır. Səhər görür oğlunun çarpayısı boşdur. Oğlu evdən qaçıb! Ata dilxor olur, peşmançılıq çəkir. Başa düşür ki, oğlu onun üçün hər şeydən əziz, qiymətlidir.
Oğlunu nə qədər axtarır, barışsın, tapmır. Polis də onu tapa bilmir.

Ata gəlir parka, orda divara böyük elan yapışdırır: “Oğlum, sənsiz yaşaya bilmirəm, evə qayıt! Sabah səhər burda görüşərik! Mən səni çox sevirəm!”.

Səhər tezdən ata həmin yerə gəlir. Elanın yanında oğlunu və evdən qaçmış neçə oğlan uşağı görür. Onlar məhəbbət dolu çağırışa səs vermişdilər. Hər biri ümid edirdi ki, indicə həsrətlə onun yolunu gözləyən doğması gələcək, qollarını geniş açaraq onu qucaqlayacaq...