“Sehrli Dünya” uşaq jurnalı 4 iyulda oxucuları üçün yay tədbiri keçirdi.

Müəllif: Gülzar İbrahimova

Sehrli Dünya uşaq jurnalı 2011-ci ildən hər yay oxucularını başına toplayır ki, oxucularının xatirəsinə gözəl yay sevincləri yazsın.
İsti yay günlərindən birində - İyul ayının 4-ü jurnal oxucuları ilə birgə yığışdı Bakının Görədil kəndindəki çimərliyə.

Tədbirin keçirilməsini uşaqlar səbirsizliklə gözləyib. Çünki, Sehrli Dünya jurnalının çimərlik şənliyinin keçirilməsi artıq ənənəvi yay şənliyə çevrilib. Hər il uşaqlar bir yerə toplaşıb yay boyu , hər ay çimərlik bayramı  keçirirlər. (Bax: Sehrlidunya.com saytına)

Bu dəfə Sərhəd qoşunlarının “Sərhədçi” istirahət mərkəzində təşkil olunan çimərlik bayramı 5  hissəli oldu.
Bədii hissə musiqili, rəqsli keçdi. Bu günkü şənliyi H. Sarabski adına Mədəniyyət evinin şən aktyorları, klounları və diceyləri çox şən və maraqlı hazırlamışdılar.
Gitaraçı Samir öz həzin səsini dalğaların səsinə qatıb uşaqların dəniz əyləncəsinə romantika qarışdırdı. 

Müxtəlif dəniz və hovuz  müsabiqələri,  üzgüçülük yarışmaları keçirildi. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edildi.
Sonda jurnala yerləşdirilməsi üçün xatirə şəkilləri çəkildi. 

Məqsəd balaca oxuculara bir yay sevinci bəxş etmək idi, redaksiya buna nail oldu. Böyük hovuz, müsabiqələr, Gülzar nənənin sevgisi, boxçasından çıxan nağıllı, noğullu hədiyyələr, və Xəzərin ilıq, isti,  ləpələri... Bundan əziz balalara nə ola bilər...