“Sehrli Dünya” oxucuları ilə bayram şənliyi keçirdi.

Müəllif: Gülzar İbrahimova

Uşaqlar tərəfindən sevilmiş , “Sehrli Dünya” jurnalı redaksiya heyəti və oxucuları bütün ad günlərini, bayramlarını bir yerə toplaşaraq qeyd edirlər. Bu gün isə jurnal 3 yaşını böyük təmtəraqla qeyd elədi. (Jurnal haqda məlumatı nəzərinizə çatdırmaq üçün mətnə əlavə edirik).

“Sehrli Dünya” uşaq jurnalı 2015 il yanvarın 2-sində saat 12:00 da (Binəqədi şossesi 4 cü mədən küç. 276/1 ünvandakı “Badam” istirahət mərkəzində ) oxucuları və abunəçilərini başına toplayıb həm ad gününü qeyd elədi, həm də Yeni il bayramı keçirdi.

Tədbiri açıq elan edən “Sehrli Dünya jurnalının baş redaktoru, yazıçı Gülzar İbrahimova oxucularına gələcək planlarından danışandan sonra onları Yeni il və 3 yaş münasibəti ilə təbrik etdi. Daha sonra şənliyin aparılmasını Şaxta baba ilə Qar qıza həvalə elədi.

“Təbəssüm” qrupunun uşaqları tədbirin sonuna qədər bir neçə enerjili rəqslə yorulmadan çıxış elədilər. Sonda aydın oldu ki, onlar da “Sehrli Dünya” jurnalının çoxdan oxucularıdırlar.

Hər uşağa Yeni il hədiyyəsi hazırlanmasına baxmayaraq, keçirilən müsabiqələr də hədiyyəli idi. Tədbirdə sağlamlıqdan zəif uşaqlar da iştirak edirdilər.

“Canbala” qrupunun çıxışını müasir uşaqlar çox xoşlayır. Onların Yeni il mahnısı, rəqs edə-edə ifaları şənlikdəki uşaqlar tərəfindən xüsusi alqışlandı.

Klounlar rəngarəng müsabiqələri və foksları ilə uşaqları heyrətləndirdilər.

Beynəlxalq müsabiqələr qalibi 12 yaşlı Humay Məcidlinin rəsm sərgisi nümayiş etdirildi. Ona xüsusi istedad və bacarığı, rəssamlıq qabiliyyətinə görə “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İcyimai Birliyinin diplomu təltif edildi. Birliyin və redaksiyanın öz hesabına uşaqlar üçün açdığı şirin süfrə şənliyi daha da şirinləşdirdi.

200 nəfər İştrakçı , mahnı və rəqs qruplarının üzvləri Yeni il hədiyyəsi aldı. Oxucular üçün hədiyyə sevinci Yeni ildən ilə olmur. Onlar – həm abunəçilər, həm daimi oxucular hər bayram bir yerə toplaşır, bayram sevincini bir-birləri ilə bölüşürlər. Balaca oxuculardan alınan məlumata görə növbəti bayram Novruz şənliyi Cıdır meydanında keçiriləcək, özü də hədiyyəli. Məqsədi balaları sevindirmək olan “Sehrli Dünya” tez-tez balaları başına toplayıb belə tədbirlər keçirir.