1 iyun Beynəlxalq Uşaq günü

Müəllif: Gülzar İbrahimova

"1 İyun Uşaq bayramı" nda bir yerə toplaşdıq, şəkil çəkdirdik, gözəl günümzü öz tariximizə yazdıq. Sıralarımız get-gedə böyüyür. Uşaqlarla bayramı daha ən keçirmək üçün "Sehrli Dünya"ya kömək lazım olur.

Əziz oxucularımız, nəbadə "mən artıq böyüdüm", deyib bizdən ayrılasınız. Unutmayın ki, "Sehrli Dünya"  doğrudan da sehrlidir! O əgər bizi birləşdiribsə, heç nə bizi ayıra bilməz.

Sən də, ey böyüyən! Həmişə bizimlə ol! Bizimlə ol ki, sevinclərimizi bir paylaşaq. Sehrli Dünya səznin gözəl uşaqlıq illərini qoruyub saxlasın. "Sehrli Dünya" bir tərəfdən ətrafına toplaşan bütün uşaqları dostlaşdırır.

Çalıb-oynamaq səsi aləmi bürümüşdü. Klounlar qarışmışdı uşaqlara, bir şənlik vardı, gəl görəsən...

Bayramımızda yığıldıq bir yerə, şənləndik. "Bakı şəhər Mədəniyyət idarəsi" bu il də uşaq bayramında "Sehrli Dünyaya" şah çadırı ayırmışdı. Çadırımız dolu idi uşaq sevinci ilə. Sağ olsun, mədəniyyətimizin keşiyində duran əmilər, xalalar belə gözəl bir günü uşaqların həyatına hədiyyə etdiklərinə görə...