“Sehrli Dünya”dan gələn təzə xəbər

Müəllif: Gülzar İbrahimova

Hər bayram oxucularını başına yığıb şənlik eləyən Sehrli Dünya uşaq jurnalı bu dəfə martın 19-u saat 12:00-da  Respublika Atçılıq Məktəbinin Cıdır meydanında Novruz Bayramı şənliyi keçirdi.


Şənliyi “Sehrli Dünya” jurnalının baş redaktoru, yazıçı Gülzar İbrahimova açdı. Sonda 
Novruz şənliyinə 250-dən çox uşaq yığışmışdı. Uşaqlar tonqal qalayıb üstündən hoppandılar. At mindilər, yumurta döyüşdürdülər. Keçəl və Kosa milli müsabiqələri ilə şənliyə xüsusi şirinlik qatdılar. Azərbaycan Milli Konservatoriyası nəzdində  Musiqi Kollecinin tələbələrinin canlı ifasında el havaları çalındı. Cıdırda, balaca atçılar yarışmada öz məharətlərini göstərdilər. Qaliblərə xüsusi hədiyyə verildi.


Novruz şənliyində “Ən gözəl milli paltar” milli moda müsabiqəsi keçirildi. Həmin yarışmanın da seçilənləri xüsusi hədiyyə aldı.
Tədbirin bütün maliyyə xərcləri redaksiyanın öz hesabınadır. Belə bir zəhmətin tək bir məqsədi var idi. Novruz bayramında balalara sevinc paylamaq!
 

Müsabiqələr keçirildi, qaliblərə maraqlı hədiyyələr paylandı. Uşaqlar üçün təşkil olunmuş moda yarışması hamının xoşuna gəldi. 
Uşaqları həmişə nağıllarla sevundirən yazıçı xanım Gülzar nənə bu dəfə açdığı  şirniyyat stolu ilə sevindirdi.
Gənc müğənni Əli Əliyev uşaqların Yeni ilini sinə dolu mahnıları ilə təbrik elədi.


Uşaqlar şənləndilər, sevindilər. Jurnala qoymaq üçün bir yerdə şəkil çəkdirdilər. Baş redaktorun bildirdiyinə görə elə jurnalın da məqsədi bu idi.
Yazıçının özü bütün bunları öz şəxsi hesabına həyata keçirdiyindən KİV nümayəndələrindən tədbiri işıqlandırmağı xahiş edir.


Baş redaktor: Gülzar İbrahimova
Əlaqə saxlaya bilərsiniz:
Redaksiyanın tel: 012 440 77 63 , 050 512 92 05