Mahnılar
Müəllif: Gülzar İbrahimova
 
Baxçamız

Musiqinin notlarına baxmaq üçün bu link üzərində klik edin.






Xoş gəlmisən, Novruzum

I
Yığışdı bütün ellər,
Yaza salam deməyə,
Gəldi güllər, çiçəklər
Sevinib, rəqs etməyə.
Yaşıl geydi tarlalar:
"Baxın, görün, kim gəlir?
Gülər üzlü novruzum
Bol bərəkət gətirir!

Nəqərat:
Ay kosa-kosa gəlsənə,
Bir sevinib-gülsənə.
Qaynayıb-qarışsana,
Bizimlə oynasana.
Ay kosa-kosa gəlsənə,
Bir sevinib-gülsənə.
Qaynayıb-qarışsana,
Bizimlə oynasana.

II
Bahar gəldi çöllərə,
Torpaq oyandı artıq,
Hər vaxt bahar gələndə
Sevinib ucalarıq.
Xoş gəlmisən, Novruzum,
Qədəmlərin mübarək,
Hər tərəfdə nəğmələr,
Dörd tərəfın gül-çiçək.
Ay kosa-kosa gəlsənə,
Bir sevinib-gülsənə.
Qaynayıb-qarışsana,
Bizimlə oynasana.
Ay kosa-kosa gəlsənə,
Bir sevinib-gülsənə.
Qaynayıb-qarışsana,
Bizimlə oynasana.
Fındıq,qoz,badam,püstə,
Süfrələri bəzəyir,
Şəkərbura, paxlava,
Qonaqları gözləyir.
Qapılar döyüləndə Soruşuruq :
"Kimsən sən?' Açıb,görürük yerdən,
Papaq deyir:”Mənəm, mən!”

Nəqərat
Ay kosa-kosa gəlsənə,
Bir sevinib-gülsənə.
Qaynayıb-qarışsana,
Bizimlə oynasana.
Ay kosa-kosa gəlsənə,
Bir sevinib-gülsənə.
Qaynayıb-qarışsana,
Bizimlə oynasana

Saytın materiallarından istifadə edərkən Sehrli Dünya uşaq jurnalı saytına istinad etməyinizi xahiş edirik.

Site by Javid Sultanov Studio