Köhnə ili yola salıb, təzə ili qarşıladıq

Müəllif: Gülzar İbrahimova

Bazar günü yanvarın 12-si saat 12:00-da  "Sehrli Dünya" uşaq jurnalı Xırdalan şəhərində yerləşən “Badam” İstirahət Mərkəzində oxucuları ilə köhnə ili yola salıb, təzə ili qarşıladı.

“Sehrli Dünya” jurnalı oxucuları üçün maraqlı yeni il hədiyyələri payladı. Şaxta baba, Sehrbaz Tofiq əmi,  bizim doğma nağıl qəhrəmanımız  Cırtdan, klounlar Kiki və Miki, dünya nağıl qəhrəmanlarından Maşa hazırladıqları maraqlı nömrələrlə uşaqların qarşısında çıxış etdilər.
Müsabiqələr keçirildi, qaliblərə maraqlı hədiyyələr paylandı.

Uşaqlar üçün təşkil olunmuş moda yarışması hamının xoşuna gəldi. 
Uşaqları həmişə nağıllarla sevundirən yazıçı xanım Gülzar nənə bu dəfə açdığı  şirniyyat stolu ilə sevindirdi.
Gənc müğənni Əli Əliyev uşaqların Yeni ilini sinə dolu mahnıları ilə təbrik elədi.
Uşaqlar şənləndilər, sevindilər. Jurnala qoymaq üçün bir yerdə şəkil çəkdirdilər. 

12.01.2014