Yay sevinci

Müəllif: Gülzar İbrahimova

Bazar günü 14 iyulda saat 16:00- da
Yazıçı Gülzar İbrahimova baş redaktoru olduğu “Sehrli Dünya” uşaq jurnalının redaksiya heyəti ilə oxucuları üçün Bakının gözəl, səfalı kəndlərindən biri olan Görədil kəndində çox maraqlı bir yay tədbiri keçirdi.
Redaksiya oxucularını, müsabiqə qaliblərini başına toplayaraq Sərhəd qoşunlarına məxsus “Sərhədçi" istirahət mərkəzində əyləndi, şənləndi, gözəl bir isti yay bayramı keçirdi.
Gözəl təbiəti, hovuzu, uşaqlar üçün karuselləri, idman meydançası olan “Sərhədçidə” hər həftə belə bir əyləncəli tədbir keçirilir. Bu həftə isə uşaqların sayı daha çox olduğundan şənlik daha maraqlı keçdi.Yazıçı xanım KİV nümayəndələrindən xahiş etdi ki, uşaqların dilindən Sərhəd Qoşunlarının rəhbərliyinə onlara məxsus istirahət məkanında sevincli günlər keçirməyə icazə verdiklərinə görə minnətdarlıq çatdıraq.
Bu bazar Sehrli Dünya jurnalı oxucularını başına yığıb onlara yadda qalan, unudulmaz bir uşaqlıq xatirəsi hədiyyə etdi. Dəniz, hovuz, klounlar, müsabiqələr yay sevincinə o qədər rəng qatdı ki, heç kəs ayrılmaq istəmirdi. Üzlərindən, gözlərindən sevinc yağan uşaqların və valideynlərin tədbirdən çox razı qaldıqları görünürdü. Jurnalın rəsm qalibləri və keçirilən müsabiqənin qalibləri redaksiyadan maraqlı hədiyyələr aldılar.
Uşaqlar dənizdə, hovuzda çimib, çalıb, oynayıb, şən bir yay günü keçirdilər. Sevimli bir gündən çətinliklə ayrılan uşaqlar gələn həftəni səbirsizliklə gözləyəcəklərini bildirdilər.
Gələn həftə tədbir davam edəcək. Redaksiya rəhbərliyi belə bir tədbirləri öz vəsaiti hesabına sentyabra qədər keçirilməsini planlaşdırıb.
Sizi də dəvət edirik!
Baş redaktor: Gülzar İbrahimova
Tədbir hər şənbə olacaq. Əlaqə saxlaya bilərsiniz.
Redaksiyanın tel: 012 440 77 63 , 050 512 92 05 Yay sevincini Sehrli Dünya ilə bölüşün! !