Sehrli şəhərciyə səyahət

Müəllif: Gülzar İbrahimova

 

Sirusla Virus dost olandan sonra günü-gündən mehribanlaşırdılar. Hətta Sirus daha yeməyini mətbəxdə yox, öz otağında, yəni kompyüteri olan otaqda yeyirdi. Hər dəfə yemək yeyəndə Virusu çağırır, onlar yeməklərini bir yerdə yeyir, sonra isə kompyuter oyunu oynayırdılar. Oyun oynayanda davaları düşür, sonra barışırdılar.

     Virus hardansa elə maraqlı kompyuter  oyunları tapıb gətirirdi ki, Sirus onları nəinki görmüş, hətta onlar haqda eşitməmişdi də. Sirus saatlarla kompyuter oyunu oynayır, dərslərini əvvəlki kimi həvəslə oxumurdu. Müəllimlər isə Sirusu çox istədiklərindən xətrinə dəymir, valideynlərinə də bu haqda bir söz demirdilər. Onlar belə düşünürdülər ki, yəqin Sirusu yarışlar yorur. Beləliklə Virusla dost olandan sonra Sirus yavaş-yavaş

    Sirus dərsdə olanda Virus darıxır, saatı, dəqiqəni sayırdı ki, Sirus tez qayıtsın.

    Bir gün Sirus dərsdən təzə gəlmişdi ki, Sirus dedi:

  • İstəyirsən səni bizim dünyaya səyahətə aparım?
  • Hara?
  • Kompyuter dünyasına!
  • Orda nə var ki?
  • Necə nə var? Orda hər şey var. Sual verə bilərsən, “nə yoxdur orda”.
  • Yox, başqa vaxt gedərik, dərsim çoxdu.
  • Sənin ya dərsin cox olur, ya da şahmat məşğələn. Bir gözünü açıb dünyaya baxsan, görərsən ki, dünya necə maraqlı və sehrlidir. Sən çox darıxdırıcısan.
  • Mən darıxdırıcıyam? 
  • Hə!

Belə deyibVirus üzünü yana çevirdi. Sirus başa düşdü ki, dostu ondan inciyib. Onun xətrinə dəyməməkçün razılaşdı:

Yaxşı, dediyin “Kompyuter dünyası” mağazadır, nədir?

Virus sevindi:

  • Yox, böyük bir dünya bir mağazaya necə sığar?
  • Bəs həmin dünyaya necə gedirlər?
  • Razısansa gözünü yum, əlini mənə ver!
  • Nə deyirəm, sən deyən olsun, amma tez qayıdarıq, dərsim çoxdur.
  • Danışdıq!

Sirus sağ əlini Virusa uzatdı, gözlərini isə möhkəm yumdu. Virus onun əlindən tutub bərkdən kompyuterə tərəf dartdı.

Sirusa bir an elə gəldi ki, onlar karuselə miniblər. Sonra isə harasa uzaq bir yerə uçduqlarını hiss elədi. Əvvəl fikirləşdi ki, bəlkə Virusun yenə virusluğu tutub, ona pislik eləyir. Sonra tez pis fikirlərdən uzaqlaşdı. Axı Virus nə qədər də pis olsa, Sirus  istədi gözlərini açıb qışqırsın ki, “kömək eləyin!”, amma sonra fikrini dəyişdi. Fikir köməyə 

  • Aç gözünü!

     Sirus bir də gözünü açanda özünü doğrudan da başqa dünyada gördü. Bu dünya elə böyük idi ki, nəyin harda başladığı, harda qurtardığı məlum deyildi. O qədər yol, o qədər yol göstəricisi var idi ki, adam baxanda başı gicəllənirdi. Göyün üstündə bulud əvəzinə yazılar, musiqi notları, rəqəmlər, adamcıqlar (smayliklər), nələr, nələr, var idi, hamısı da uçurdu. Sirusun təəccübdən ağzı açılı qalmışdı. Bilmirdi yuxudadı, yoxsa...

    Virus dostunu bu vəziyyətdə görəndə onu gülmək tutdu. Elə ürəkdən güldü ki...

 Bu vaxt bir cavan oğlan əsəbi-əsəbi onlara yanaşdı: 

 Sən yenə mənim saytımdasan?

  • Mən Virusam, harda istəsəm, orda da yaşayaram!
  • Mənim saytımda virusa yer yoxdur. Ziyankar! Rədd ol burdan!
  • Bir az mədəni ol, görürsən, qonağım var! 
  • Bu ki, uşaqlar arasında dünya çempionu Sirus Məmmədlidir. Elə isə o bizim dünyaya xoş gəlib. Onun xətrinə sən də qal. Xoş gəlmisən kompyuter dünyasına çempion! Tanış olaq, mənim adım Domendir!
  • Nə qəribə addır! Sizin çox maraqlı saytınız var!
  • Mən bu saat sizə bütün bölmələrə girməyə içazə yazaram!
  • Təşəkkür edirəm!  

   Beləliklə, Kompyuter dünyasında  Sirusun adını eşidən hər kəs  sevinirdi ki, onun saytına belə bir hörmətli qonaq gəlib.

    Virus da daha saytlara oğrun-oğrun girmir, Sirusun hesabına istədiyi saytın qapısını təpiklə vurub açırdı. 

   Bir neçə sayta girəndən sonra Virus dedi:

  • Bəsdi adi saytları gəzdik, darıxdım!
  • Neyləyək, hara gedək?
  • Gedək sehrli saytlara!
  • Gedək!

Oğlanlar piyada bir xeyli yol gedəndən sonra üç yol ayrıcına çatdılar. Yol ayrıcında üc göstərici var idi.  “Ağıllılar ölkəsi”, “Səfehlər ölkəsi“, “Azad yaşamağı xoşlayan uşaqlar şəhərciyi”.

   Sirus dedi:

  • Gedək “Ağıllılar ölkəsi”nə!
  • Nə danışırsan, maraqlı nə ola bilər “Ağıllılar ölkəsi”ndə? Orada bizi bütün günü danlayacaqlar. Mənə deyəcəklər belədurma, beləotur, işgör, sənə deyəcəklər bütün günü oxu, bizim kimi ağıllıol, belətərbiyələri, danışıqları xoşlamıram, yaxşıolar ki, “Səfehlər ölkəsi”nəgedək.“Səfehlər ölkəsi“ maraqlıdır. Mən neçə dəfə orda olmuşam.
  • Mənə “Səfehlər ölkəsi“ maraqlı deyil.
  • Getsən maraqlı olacaq. Özün görəcəksən! Heç bilirsən orda necə yaşayırlar?
  • Necə?
  • Səfehlər ölkəsində kim istəyir oxuyur, kim istəymir oxumur. Hər kəsin keyfi nə istəyir, onu da eləyir.  

Mübahisə düşdü. Oğlanlar dalaşdılar. Axırda yorulub oturdular. Virus dedi: Və qərara gəldilər ki, heç biri deyən olmasın və yollansınlar “Azad yaşamağı xoşlayan uşaqlar şəhərciyi”nə. Və yola düşdülər. Bir xeyli yol gedəndən çatdılar çox böyük bir şəhərə.

      Şəhərin girəcəyində yazılmışdı: «Azad yaşamaq  istəyən uşaqlar üçün azad şəhərcik».

Sirus təəccüblə soruşdu:

  • Virus, görəsən bu şəhərə nəyə görə şəhərcik deyirlər? Bura ki, böyük şəhərdir.
  • Burda hər şey uşaqlar üçündür, ona görə.
  • Necə maraqlıdır...

   

Sehrli şəhər çox qəribəydi… Əvvəla, hər tərəf rəngbərəng idi. Evlərin rəngi elə gözəlidiki, adamın gözü qamaşırdı. Ən qəribəsi bu idiki, onların rəngi hər 5 dəqiqədən bir dəyişirdi. Hər evin qarşısından dondurma çayı axırdı. Özü də cürbəcür rəngdə. Nə qədər istəyirsən ye! Dostlar tez özlərini «Dondurma çayı»na verdilər. Çayın kənarına rəngli boşqablar, rəngli qaşıqlar  düzülmüşdü.

     Doyunca dondurma yeyəndən sonar Sirus yenə də heyran-heyran, Sehrli şəhərə baxmağa başladı. Burada ağaclar da çox qəribəidi. Meyvəağaclarından bircəmandarin ağacıvar idi. Üstündəisəo qədər mandarin var idi ki, hətta onun yarpaqlarıbeləgörünmürdü. Başqa ağaclardan meyvə əvəzinə konfetlər asılmışdı. Özü də cürbəcür. Sirus əl atıb bir konfet dərib yedi:

     -«Necə dadlı konfetdir!».

Eləbunu demişdi ki, həmin konfetin yerinə başqası çıxdı. Məəttəl qaldı. Sirus şokoladdan doyunca yedi. Evdə ona çox şokolad yeməyə qoymurdular. Çünki bir az çox yeyən kimi səpişirdi.

Şokoladdan doyandan sonra dostlar yenə gəzməyə başladılar. Şəhərin kənarında Sirusun hələ heç yerdə görmədiyi möhtəşəm bir park var idi. Burada nələr yox idi?... Hündür, lap hündür karusellər, çox sürətləfırlanan yelləncəklər, sürətləgedən alabəzək maşınlar, nələr, nələr… Hamısıda pulsuz. Sirusla Virus karusellərin hamısına mindilər. O qədər fırlandılar ki, başlarıgicəlləndi, yerəyıxıldılar. Çünki karuselləri uşaqlar özləri idarəedirdilər. «Dayan!» əmri verəndəonlar dayanır, «Fırlan!» deyəndəisəfırlanırdılar. Sirus fırlandıqca fırlanmaqdan doymurdu.

Nəisəonlar özlərinəgələndən sonra durub yollarına davam elədilər. Uşaqlar sevindiklərindən qəhqəhəçəkib gülür, qaçır, oynayır, özlərini bəxtəvər hiss edirdilər. Virus qərarını dostuna da söylədi:

    -Bura mənim çox xoşuma gəlir. Gəlsənə, həmişəlik burada qalaq!

    - Nə danışırsan, bəs ata-anam, məktəb, şahmat!

    - Sən hər şeyə görə narahat olursan! Gör burda həyat necə də maraqlıdır!

      Virusun yenə ziyankar damarı tutmuşdu.Sirus