Sumqayıtlı balalarla birgə gözəl bir gün

Müəllif: Gülzar İbrahimova

Bir həftə ərzində hazırlaşdıqları tədbirə layiqincə hazırlaşmış gül balalar çaşmadan, yaddan çıxartmadan jurnaldan nağıllar, şerlər danışdılar. Hətta jurnaldan qaydaları da əzbərdən söylədilər. Adətən uzun nağılları danışarkən 1-ci sinif şagirdləri ya mətni öz başa düşdükləri kimi danışarlar, ya eda əzbər deyyəndə çaşarlar. Bu uşaqlar isə sanki danışdıqlarını üzündən oxuyurdular. Görüşdə uşaqlar qarşısında çıxış edən məktəb rəhbəri Xanım müəllimə belə bir jurnalın olmasına görə redaksiya heyətinə təşəkkürünü bildirdi.