Biz yenə birlikdəyik! Sən və mən! Çünki bir-birimizi çox istəyirik. Dəyişən təkcə görüş yerimizdir. Sonuncu görüş yerimiz isə “Sehrli Dünya”dır. Heç bilirsən “Sehrli Dünya”da sənə nə qədər sürprizlər hazırlamışam? Heç yerdə çap olunmamış təzə nağıllar, hekayələr, hətta səsli nağıllar, təp-təzə tapmacalar, dünya nağıllarından tərcümələr, oyunlar, lətifələr, müsabiqələr, hələ müsabiqə qaliblərinə hədiyyələr də... “Sehrli Dünya”nın sakinlərini maraqlı səyahətlər də gözləyir. Xüsusi avtobuslarla Azərbaycanımızın gözəl guşələrinə səyahət, əyləncəli ekskursiyalar, gəmi gəzintisi, daha nələr, nələr... Bütün bunları “Kiçik Dünya” uşaqların maarifləndirilməsinə kömək İctimai Birliyi təşkil edir.